BolgeXeber.Com » Gündəm » Zardabın icra başçısı şikayətçini polislə hədələyir-FOTO

Zardabın icra başçısı şikayətçini polislə hədələyir-FOTO

27-10-2014, 10:25
Oxunub: 5 154 Zardablı qoca YAP-çı mətbuata müraciət etdiyinə görə icra başçısı onu polislə hədələyib

Ötən günlərdə Zərdab rayonunun Çallı kənd sakini, 62 yaşlı YAP üzvü Sovqat Zamanov Bolgexeber.com-a müraciət edərək, rayonun icra başçısı və birinci müavini ondan 3000 manat pul istəyir. Səbəbi də budur ki, həmin pulun müqabilində qanuni torpaq sahəsini əhatələdiyi hasarı sökməsinlər.Bu açıqlamasından sonra Sovqat Zamanova təzyiqlər edilib. Sovqat Zamanovun Bolgexeber.com-a ikinci müraciətini təqdim edirik. Zərdab Rayonunun Çallı kəndi sakini Zamanov Sovqat Nadir oğlu tərəfindən


2-Ci M Ü R A C İ Ə T
(ötən həftə mətbuatdakı müraciətimdən sonra İcra başçısı Lütvəli Babayev məni həbs edəcəyi ilə hədələtdirir.)
Hörmətli Redaksiya ötən həftə mətbuatda müraciətim dərc ediləndən sonra Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev evimə polis əməkdaşları göndərib mənə hədə -qorxu etdirib ki, niyə mətbuatda çıxış etmisən.Məndən Zərdab Rayon Çallı bələdiyyəsinin verdiyi arayışı istədilər.Hansı ki, həmin arayışda hasar çəkdirdiyim torpağın mənə məxsus olduğu qeyd edilib ki, bu sənəd Lütvəli Babayevin hasarımın qanunsuz sökdürdüyünü təsdiq edir.Mən isə bələdiyyənin arayışını polislərə vermədim.Mənə icra başçının ismarıcını çatdırdılar ki, elə etməsin ki, nəinki, torpağına hətda evinə , ailəsinə həsrət qalacaq.Mənası isə budur ki, mənidə şərlətdirib həbs etdirəcək.İcra başçısı Lütvəli Babayev belə işlərdə artıq peşəkarlaşıb.Bildirim ki, qanunu torpağımda çəkdirdiyim 50 metr uzunluğunda hasarımı İcra başçısı Lütvəli Babayev öz sürücüsünün qardaşı oğlu Səfaralıyev Səfaralının idarə etdiyi "Azərsu " -ya məxsus 63-T-445 nömrəli ekskavatorla sökdürüb yerlə-yeksan etdirmişdir.Mən bu qanunsuzluq faktı ilə əlaqədar başda Prezident olmaqla bütün aidiyyatı orqanlara , o cümlədən "Azərsu" -nun Prezidenti Qorxmaz Hüseynovada ərizə ilə müraciət etmişəm ."Azərsu"- ya məxsus ekskavator hansı qanuna əsasən bu cinayət əməlinə cəlb edilib ? Mən bu sualın cavabını Qorxmaz Hüseynovdan gözləyirəm.Artıq 3 gündür ki, stresdən xəstələnib Bakl şəhərində müalıcə olunuram.Özümü çox pis hiss edirəm, əgər ölərəmsə bunun səbəbkarı icra başçısı Lütvəli Babayev olacaq.
Mənim 62 yaşım var,bu yaşıma kimi indiyə qədər görmədiyim qanunsuzluqla üzləşmişəm ki, hələdə özümə gələ bilmirəm.Qoca, savadsız olmağımdan və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının 1- ci müavini Allahverdi Səfərovun birbaşa iştirakı ilə haqq-halal torpağımda mişar daşından çəkdirdiyim 50 metr uzunluğunda hasarımı qanunsuz olaraq ekskavatorla vəhşicəsinə söküb yerlə -yeksan etmişdilər.Səbəb isə onu göstəriblər ki, guya mən həmin torpağı zəbt etmişəm və qanunsuz hasar çəkdirmişəm.Əslində isə həmin torpaq mənə məxsusdur ki, bunu təsdiq edən sənəd-sübut da var.Beləki həyətyanı torpaq sahəm 2200 kv.metirdir ki, orada 50 metr uzunluğunda mişar daşından hasar çəkdirdim.Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədiv gəlib dediki bu torpaq sənə məxsus deyil, hasarı qanunsuz çəkdirmisən.Mən buna görə Zərdab Rayon İcra Hakimiyyətinə 1- ci müavin Allahverdi Səfərovun qəbulunda oldum. Dedim sənədlərə baxarlar və
qanunu torpağım olduğu üçün rayon rəbərliyi mənə kömək edər.Rayon İcra başçısının müavini savadsızlığımdan istifadə edib məndən 3000 manat pul istədiki hasar yerində qalsın torpağıda sənə verəcəyik.Mən buna qəti olaraq etraz etdim.Səhəri gün başıma bu oynu gətirdilər,qəzəblənib qanunsuz olaraq hasarımı uçurtdular.Mən də elə bilirdim ki, bu qanunsuzluqdan , özbaşınalıqdan İcra başçısı Lütvəli Babayevin xəbəri yoxdur .Sən demə bütün bu korrupsiyanın, vəhşiliyin başında elə İcra başçısı Lütvəli Babayev özü şəxsən dayanırmış.Çünki bu qanunsuzluq barədə ona göndərdiyim teleqramlara, şikayət ərizələrinə indiyə qədər cavab verməyib, qanunu tədbir görməyib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin texniki səhvi üzündən bizə ayrılmış torpaq sahəsini sənəd də 2200 kv.m göstərmək əvəzinə 1922 kv.m göstərmişdir ki, bu barədə Callı bələdiyyəsinin sədirinin cavab məktubu var.Həmin məktubu ötən həftə Redaksiyanıza göndərmişdim.Bu boyda qanunsuzluq , özbaşınalıq olmaz.Mən 2002-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüyəm .Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin bu qanunsuz əməllərinin araşdırılıb onun barəsində qanunu tədbirlər görülməlidir.Yeddi ildir Zərdab rayonunu xarabaya çevirib, kələk yolu yolu ilə pul qazanmağı , buna etiraz edənləri isə şərlətdirib həbs etdirməyi özünə artıq peşə edib.Bu adam hansı yüksək keyfiyyətə malikdir ki, onun barəsində qanunu tədbir görmürlər ? Mən mətbuat vasitəsi ilə bir daha Prezident cənab İlham Əliyevdən xahiş edirəm bu məsələni şəxsən araşdırıb qanunu tədbir görəsiniz..Xahiş edirəm bizə kömək edin, bu azğınlaşmış icra başçısı barədə ölçü götürün.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com