Nazir rüşvətə görə üzr istədi
29-10-2014, 10:15
Oxunub: 2 484
İspaniyanın baş naziri Mariano Raxoy İspaniya xalqından üzr istəyib
Bir qədər əvvəl Raxoyun hazırkı iqtidar — Xalq Partiyasından da bir neçə üzv daxil olmaqla rüşvətxorluqda ittiham olunan 51 dövlət məmuru və biznesmen həbs olunmuşdu. Sözügedən partiya mənsubları qanunsuz tikinti müqavilələrini reallaşdırmaq üçün rüşvət alıblar.
Raxoy parlamentdə çıxışı zamanı partiyası adından üzrxahlıq edib.
“Bu qalmaqalla əlaqədar mən də xalqın qəzəbinə şərik oluram. Partiyamıza üzv olan şəxslərin təqsirləri sübuta yetirilərsə, onlar partiyamızdan qovulacaqlar. Onları layiq olmadıqları işə təyin etdiyimə görə parlament və xalqdan üzr istəyirəm. Xalq ölkəni bu böhranlı vəziyyət çıxarmağa çalışdığı bir vaxtda onların belə bir hərəkətə yol verməsi bağışlanılmazdır” — deyə nazir bildirib.
Raxoy, məsələyə tənqidi yanaşmaqla bərabər, bu cür halların qarşısını almaq üçün mübarizəni gücləndirəcəyini də əlavə edib.
Son iki ildə İspaniyada korrupsiyadan dövlətə dəyən ziyan 250 milyon avro təşkil edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər