"Baku City Hospital"dan da şikayət var
5-11-2014, 11:40
Oxunub: 3 923
Nizami Mehdizadə bəzi apteklərlə anlaşaraq, onların bahalı dərmanlarını satdırmaq üçün yollar tapıb
Baku City Hospitalda xəstələri aldadırlar. Bu barədə məlumatı lia.az-a sözügedən klinikaya müraciət etmiş pasientlərdən bir neçəsi verib. Onların bildirdiyinə görə, edilən reklamlara inanaraq həmin tibb mərkəzində müayinə olunmaq üçün müraciət ediblər. Xaricdən gəlmiş «mütəxəssis»lərin apardığı müayinədən sonra onlarda az qala «sağalmaz» xəstəlik aşkarlanıb. Üstəlik, vizit pulu reklamlarda pulsuz qeyd olunsa da, Baku City Hospitalda onlardan 50 manat alınıb.
Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, bu klinikanın baş həkimi Nizami Mehdizadə oldunca bacarıqlı biridir. Məlumata görə, sözügedən şəxs klinikasını «ayaqda saxlamaq» üçün orjinal vasitələrə də baş vurur. Məsələn, onun təşəbbüsü ilə Türkiyədən «mütəxəssis»lər gətirilir və bu yolla xəstələri aldadaraq, onlardan külli miqdarda pul qoparılır. Belə ki, bu həkimlərin bir çoxunun nəinki Türkiyədə, hətta işlədikləri xəstəxanalarda belə tanıyan olmadığı deyilir. Amma bu adamları bəh-bəhlə tərifləyib, Azərbaycandakı xəstələrin «ürəyinə» salırlar ki, bu da külli miqdarda qazanc deməkdir.
Məsələni dəqiqləşdirmək üçün Baku City Hospitalda da olduq. Məlum oldu ki, burada vizitlərin qiyməti 50 manatdan başlayıb, 150 manata qədər yüksəlir. Bu qiymət artımı isə xaricdən gələn həkimin kimliyi və şöhrətinə balı məsələdir. Yəni, Almaniyadan gələn həkim üçün vizit pulu 150 manat hesablanır. Türkiyədən gələnlər üçün bu rəqəm 50-100 manat aralığında olur.
Bundan əlavə, Nizami Mehdizadə bəzi apteklərlə anlaşaraq, onların bahalı dərmanlarını satdırmaq üçün yollar tapıb. Verilən məlumata görə, bu klinikada xəstələrə yazılan resseptlərdəki dərmanların ümumi dəyəri ən azı 150-200 manat aralığında olur. Bəzən isə xəstəliyə aid olmayan dərmanlar da yazılır ki, bu da baş həkim üçün əlavə qazanc mənbəyi deməkdir. Çünki alınacaq dərmanların ən azı 35-40 faizi məhz N.Mehdizadəyə çatır.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər