Bakıda daha bir klinika bağlanma təhlükəsi ilə üz-üzə
3-12-2014, 11:50
Oxunub: 3 266
Dünən Azərbaycanda özəl klinikalardan birinin - “Atlas Medical Center” MMC-nin fəaliyyətinin dayandırılması xəbəri yayılmışdı. Klinika isə fəaliyyətinin dayandırılması ilə bağlı yayılmış xəbərləri yalanladı.
Klinikanın daxili işlər üzrə müdiri Məhəmməd Həsəninin verdiyi açıqlamada bildirdi ki, klinikanın fəaliyyəti dayandırılmayıb. Hazırda səhiyyə ocağı işləyir. Onun sözlərinə görə, 2008-ci ildə verilmiş lisenziyada ginekoloji şöbə var idi. Klinikanın sonrakı lisenziyasında isə fərqli oldu. Ginekoloji şöbəyə lisenziya verilmədi. Ona görə də yeni lisenziyaya görə, ginekoloji şöbə fəaliyyət göstərə bilməz. Yoxlama olacaq, komissiya gələcək, əgər standartlara uyğun olarsa, 2007-ci ildə verilmiş lisenziya bərpa olunacaq.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirmişdi ki, “Atlas Medical Center” MMC-nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə müraciət daxil olub. Nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında bu müəssisədə araşdırma aparıb. Yoxlama nəticəsində “Atlas Medical Center” MMC tərəfindən qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənib. Müəssisədə tibb xidmətlərinin təşkili zamanı mövcud normativlərin tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən “Atlas Medical Center” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər