BolgeXeber.Com » Gündəm » AZAL-dan Bakı-2015 sürprizi

AZAL-dan Bakı-2015 sürprizi

18-12-2014, 14:35
Oxunub: 2 793 Avropa Oyunlarının brendi biletlərin üzərində.

İlk Avropa Oyunlarına geri sayım davam edir və Bakı 2015 Avropa Oyunlarının brendi Oyunların Rəsmi Tərəfdaşı olan Azərbaycan Hava Yollarının (AZAL) təyyarəyə minik talonları üzərində əks olunacaq. Bolgexeber.com buro247.az-a istinadən bildirir ki, Bakı 2015-in rəngarəng loqosu və idman təsvirləri bu gündən etibarən 2015- ci ilin iyun ayında keçiriləcək Avropa Oyunları başa çatanadək 800 000-dən artıq təyyarəyə minik talonunu bəzəyəcək.

Təyyarəyə minik talonları Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, eyni zamanda, Naxçıvan və Gəncə Hava Limanlarının həm yerli, həm də beynəlxalq aviareyslər üzrə uçuşları üçün istifadə olunacaq. Talonlar bütün ölkədaxili istiqamətlərə, həmçinin London, Milan, Roma, Pekin və Nyu-York daxil olmaqla, müxtəlif istiqamətlərə beynəlxalq uçuşlarda istifadə olunacaq.

Azərbaycan Hava Yolları Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşıdır və beynəlxalq auditoriya arasında Oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiyanı təyyarənin göyərtəsində nümayiş etdirilən filmlərdə və jurnallarda əks etdirəcək. Sazişə görə, həmçinin, gələn ilin yay mövsümündə Bakıya gələcək qonaqlar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Oyunlarının loqosu, brendi və Oyunlar haqqında məlumatlar mövcud olacaq.

Hər il 1.7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsinə uçuşlar həyata keçirən şirkət Avropa Oyunları ilə əlaqədar olaraq gələn il Bakıya gündəlik uçuşlarının sayını artıracaq.


Bolgexeber.com