Azərbaycan şirkəti 2 yük təyyarəsi aldı
20-12-2014, 23:30
Oxunub: 3 459
Sifariş edilən təyyarələr Bakıya gətiriləcək.
Azərbaycan “Silk Way Airlines” cari ildə iki “Boeing-747-8” yük təyyarəsi alıb. “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, “Silk Way Airlines” ilə “Boeing” şirkəti arasında “Boeing-747-8” tipli müasir yük təyyarələrinin alınmasına dair ötən il martın 18-də imzalanan Anlaşma Memorandumuna əsasən, sifariş edilən daha iki təyyarə Bakıya gətiriləcək.
Təyyarələrdən birinin 2015-ci ilin sonunda, digərinin isə 2016-cı ilin əvvəllərində Azərbaycana gətirilməsi nəzərdə tutulur. Qeyd edək ki, ən müasir təyyarələr olan “Boeing 747-8”, həmçinin ən çox yükgötürmə qabiliyyətinə də malikdir. Yeni texnologiyalarla təchiz olunan bu hava gəmiləri ilə daşımanın qiyməti digərlərinə nisbətən təxminən 16 faiz ucuz başa gəlir.
Azərbaycanda əsas aviadaşıyıcılardan olan “Silk Way Airlines” 2001-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Mülki Aviasiyası tərəfindən yaradılıb. Aviaşirkət neft avadanlığı, tikinti materialları, ağır sənaye avadanlığı və maşınları, dəniz və 20 futluq konteynerlər, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, humanitar yardım, təhlükəli yüklərin daşınmasında geniş imkanlara və təcrübəyə malikdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər