BolgeXeber.Com » Gündəm » “Korrupsiyanın qarşısının alınması” mövzusunda seminar keçirilmişdir

“Korrupsiyanın qarşısının alınması” mövzusunda seminar keçirilmişdir

24-12-2014, 13:25
Oxunub: 2 662 Tədbirdə bir çox ölkələrin nümayəndələri ilə yanaşı beynəlxalq təşkilatların ekspertləri də iştirak edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları regional seminarda iştirak etmişlər. Dekabrın 16-dan 17-dək Batumi şəhərində Gürcüstan hökumətinin dəstəyi ilə, ATƏT katibliyi, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən təşkil edilmiş “Korrupsiyanın qarşısının alınması” mövzusunda regional seminar keçirilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının da qatıldığı tədbirdə Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin nümayəndələri ilə yanaşı nüfuzlu beynəlxalq təşkilatların ekspertləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində tətbiq edilən müasir inzibati və preventiv tədbirlər, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, institusional yeniliklər və digər məsələlər ətrafında çıxışlar edilmişdir.

Seminarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Samir Mahmudov təqdimatla çıxış edərək korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, hüquqi şəxslərin cinayət məsuliyyəti, istintaq sövdələşməsi və qanunsuz varlanma üzrə milli qanunvericilikdə edilən dəyişiklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.



Bolgexeber.com