Səfər Əbiyev Çexiya vətəndaşı oldu
3-01-2015, 18:15
Oxunub: 3 929
Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yeni ili Çexiyada qarşılayıb
Keçmiş nazir bu ölkədə aldığı mülkündə bayramı qeyd edib və vətəndaşlıq məsələsinə də son qoyub.
Bu barədə axar.az-a verilən məlumatda iddia olunur ki, keçmiş nazir Çexiya vətəndaşlığını alıb.
Onun ikili vətəndaşlığı olduğu - Azərbaycanla bərabər Çexiya vətəndaşı da aldığı bildirilir. Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli də Feysbuk səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib.
S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər yayılırdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu.
Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etməmişdi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqlamışdı.
Onu da deyək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də Çexiyada yaşayır. Onun qardaşı Rafiq Əliyevin Praqada biznesi olduğu deyilir.
Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər