SOCAR İstanbulda 75 milyon dollarlıq bina aldı
6-01-2015, 14:30
Oxunub: 3 921
Bina 12 mərtəbəlidir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey” yeni ofis binası alıb.
“SOCAR Turkey” qardaş ölkənin inşaat sektorunun ən böyük daşınmaz əmlak layihəsi sayılan “Vadi İstanbul Bulvar”a köçür.
Bolgexeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə şirkət İstanbul Cendere, Maslaka yaxın bölgədə yeni ofis mərkəzinə sahib çıxıb.
Həmin bina “Vadi İstanbul Projesi”nə daxildir. Layihədə 180 min kvadratmetrlik ofis sahəsinin tikintisi də daxildir. Hazırda layihənin ikinci mərhələsi həyata keçirilir.
“SOCAR Turkey”nin aldığı ofis binası 12 mərtəbəlidir və 17 min 800 kvadratmetr sahəyə malikdir. Hələlik şirkət ofis binasının alınmasına dair müqaviləni rəsmən açıqlamayıb və gözlənilir ki, sövdələşmə bu həftə açıqlanacaq.
Türkiyə mətbuatının yazdığına görə, şirkət ofis binası üçün 75 mln. dollar ödəyib.
Öz növbəsində SOCAR-dan bildirilib ki, bu gün alqı-satqı müqaviləsinin imzalanması baş tutacaq:
“İmzalanma prosesi baş tutduqdan sonra, aqlı-satqı şərtləri açıqlanacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər