BolgeXeber.Com » Gündəm » Azərbaycan çempionuna Facebook-da status yazdığına görə cinayət işi açılıb

Azərbaycan çempionuna Facebook-da status yazdığına görə cinayət işi açılıb

7-01-2015, 15:55
Oxunub: 6 313 Nəvai Kazımovu aprelin 21-də Sumqayıt Məhkəməsinə çağırsalar da, onun evinə bildirişi dekabrın 15-də göndəriblər

Azərbaycanda həqiqətən də analoqu olmayan hadisələr baş verir. Və bu yaxınlarda onlardan daha biri qeydə alınıb. Jam.az-a daxil olan məlumatda deyilir ki, Sumqayıt şəhər sakini, Qaydasız Döyüş üzrə Azərbaycan çempionu olmuş Nəvai Kazımova qarşı cinayət işi qaldırılıb. Səbəb isə onun Facebook sosial şəbəkəsində təhqir və böhtan xarakterli məlumatlar yayması göstərilib.

Nəvai Kazımov özünün Facebook profilində bununla bağlı yazıb ki, Sumqayıt Məhkəməsində başlanılmış prosesin yekunu olaraq, onu həbs etmək istəyirlər. O qeyd edib ki, ötən ilin 21 aprelində Sumqayıt Şəhər Məhkəməsinə dəvət ediblər. «Mənim Facebook-da şər və böhtan yazılarıma görə, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılacağımı deyirdilər. Ölkədən çıxışıma da qadağa qoyulmuşdu. Amma haqqımda məhkəmə prosesi ilə bağlı bildiriş məktubunu evimizə ötən ilin 15 dekabrında göndəriblər».

Azəraycan çempionu hətta ona gəlmiş bildirişin surətini də yayımlayıb. Və orada söhbətin 21 aprel 2014-cü il tarixdə Sumqayıt Məhkəməsinə gəlməsindən getdiyi diqqəti çəkir. Bildirişdə qeyd edilir: «Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6401/ 2014 saylı 11008.2014-cü il tarixli sənədi üzrə vətəndaş Nəvai Kərimbala oğlu Kazımovun ölkədən getmə hüququnun məhdudlaşdırılması və öz Facebook statuslarında şər və böhtan paylaşımları etdiyinə görə, Azərbaycan CPM-in 147-ci və 148-ci maddələri ilə cəzalandırılmasına dair Sumqayıt şəhəri üzrə İcra şöbəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatında 21.04.2014-cü il tarixdə, saat 09:40-da Sumqayıt Şəhər Məhkəməsinin binasında baxılacaq. Göstərilən vaxt məhkəmədə iştirak etməniz tələb olunur».