BolgeXeber.Com » Gündəm » Azərbaycan universitetlərində imtahan qarışıqlığı - ARAŞDIRMA

Azərbaycan universitetlərində imtahan qarışıqlığı - ARAŞDIRMA

8-01-2015, 11:55
Oxunub: 3 149 Ölkədə fəaliyyət göstərən bir çox ali təhsil ocaqlarında qış və yay sessiyası üçün semestr imtahanlarının keçirilməsi üzrə sistem qarışıq üsullarla həyata keçirilir.

Belə ki, imtahanda iştirak edən tələbələr sınaq suallarını yazı, bilet, test və yaxud da kompüter şəklində cavablandırırlar.

Aktual.az-ın bəzi ali təhsil ocaqlarında apardığı araşdırmalar zamanı imtahanların qarışıq üsullarla aparıldığı müşahidə olunub.

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə şöbəsindən bildiriblər ki, adıçəkilən universitetdə semest imtahanları həm yazılı, həm bilet, həm də test usulu ilə aparılır.

Sumqayıt Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru Ramazan Məmmədov onlarda semesr sınaqlarıının yazılı bilet formasında həyata keçirildiyini deyib.

Azərbaycan Universitetinin mətbuat katibi Venera Şərifzadənin sözlərinə görə isə keçirilən imtahanlar açıq sual və test əsasında aparılır: “Biz Təhsil Nazirliyinin nəzərdə tutduğu müvafiq qayda ilə gedirik. Yəni imtahanların yarısı açıq sualla, yarısı isə testlə aparılır”.

Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin əməkdaşı Kəmalə Alıyeva isə adıçəkilən təhsil ocağında daha çox kompüter üsuluna üstünlük verdiklərini deyib: “Bizdə yalnız Müalicə və profilaktika fakültəsinin tələbələri bilet əsasında imtahan verirlər. Qalan tələbələrimiz isə kompüter sistemi ilə öz sınaqlarını nümayiş etdirirlər”.

Sorğu nəticəsində məlum olub ki, ali təhsil ocaqlarında aparılan sınaq imtahanları qarışıq formada aparılır. Sözügedən mexanizmin bütün təhsil ocaqlarında eyni qaydada aparılmaması məsələsinə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov aydınlıq gətirib.

Onun sözlərinə görə, əslində bu imtahanların qarışıq qaydada aparılmasında səhv qaydalar movcuddur: “Bəli, imtahanlar yazılı bilet formasında, ya da test usulu ilə aparılır. Əslində, imtahanların aparılması "Boloniya" sisteminə görə yazılı qaydada həyata keçirilməlidir. Amma elə olur ki, imtahanların qarışıq keçirilməsi universitetlərin elmi suralarının öz rəylərinə buraxılır".