BolgeXeber.Com » Gündəm » Polis polkovnikinin oğlu tərəfindən döyülən AMEA-nın işçisi təhdid edilir?-FOTO

Polis polkovnikinin oğlu tərəfindən döyülən AMEA-nın işçisi təhdid edilir?-FOTO

9-01-2015, 14:10
Oxunub: 3 728 "Əlaslan Ağayev şikayət edəcəyim təqdirdə məni yox etdirəcəyi ilə hədələdi"

Bolgexeber.com-un redaksiyasına AMEA Folklor İnstitutunun elmi işçisi, Filologiya üzrə Fəlsəfə doktoru, gənc tədqiqatçı, Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla 49B, mənzil 12-də kirayədə yaşayan Əpoş Vəliyev tərəfindən şikayət məktubu daxil olmuşdur. Gənc alim atası DİN-in yüksək vəzifəli məmuru olan şəxs tərəfindən vəhşicəsinə döyüldüyünü və onlar tərəfindən təzyiqlərə,hədələrə məruz qaldığını iddia edir.Əpoş Vəliyevin şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Mən AMEA Gənc Alimlər Şurasının üzvü, AMEA Folklor İnstitutunda elmi işçi, Filologiya üzrə Fəlsəfə doktoruyam. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu Ağa Nemətulla 49B, mənzil 12-də kirayədə yaşayıram.
01 yanvar 2015-ci il tarixdə yaşadığım binanın girişində məni döyüb ağır xəsarətlər yetiriblər. Bədənimin müxtəlif nahiyyələrində çox saylı xəsarətlər yaranıb. Mənə xəsarət yetirən şəxs bizdən bir mərtəbə yuxarıda, Nərimanov rayonu, Ağa Nemətulla 49B, mənzil 13-də yaşayır. 102 xidmətinə zəng edərək şikayət etmişəm. Məlum olub ki, mənə xəsarət yetirən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevin oğludur. Əlaslan Ağayev şikayət edəcəyim təqdirdə evimə narkotika atdıraraq, məni gecə ilə evdən götürüb, başıma oyun açaraq, yox etdirəcəyi ilə hədələdi. O, istintaqın gedişatına mane olur. Mətbuat bu məsələni işıqlandırsa da Əlaslan Ağayev onları hədələyir və xəbəri sildirir.Biz artıq neçə gündür ki, qohumların evinə sığınmışıq. Hadisə mənim 9 aylıq hamilə həyat yoldaşımın gözü qarşısında baş verdiyi üçün o, güclü qorxu və stress keçirdir. Səhhətində olduqca təhlükəli və ciddi problemlər yaranıb.
Mənim və yaxınlarımın həyatı təhlükə altındadır. 102 xidmətinə 4 dəfə, 152 xidmətinə 1 dəfə zəng etməyimə baxmayaraq, hadisədən 9 gün keçsə də hüqüq mühafizə orqanları mənim və ailəmin təhlükəsizliyi üçün heç bir tədbir görməyib.

SN-nin MTE və PAB-in Nərimanov rayon şöbəsi yanvarın 1-dən 5-ə kimi işləməyib. 5-də ekspertizadan kecsəmdə rəy muxtəlif bəhanələrlə gecikdirlir. Mən SN-nin MTE və PAB-in Nərimanov rayon şöbəsinə gedəndə Nərimanov RPİ-nin17-ci PB-nin təhqiqatçısı polis kapitanı Zaur Quliyevin oraya məndən əvvəl gəldiyini görmüşəm. Hal-hazırda Nərimanov RPİ-nin17-ci PB-nin təhqiqatçısı polis kapitanı Zaur Quliyev öz vəzifəsindən uzaqlaşdırılıb, Bakı şəhər Baş Polis İdarəsinə təyin edilib.
Mənə qarşı edilən biganə qalmamağınızı Sizdən xahiş edirəm və hadisənin içtimailəşdirilməsinə kömək etməyinizi xahiş edirəm".
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com