Ziya Məmmədov Cavid Qurbanovun idarələrini ləğv etmək istəyir
10-01-2015, 16:55
Oxunub: 4 084
Nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis”in şefi, deputat Cavid Qurbanov arasında qarşıdurma güclənə bilər.
Çünki Ziya Məmmədov “Azəryolservis”in nəzdində olan idarələrin bir hissəsini ləğv etmək istəyir. Məlumat üçün deyək ki, “Azəryolservis”in tərkibində 110-dan artıq idarə var.
Daxil olan məlumata görə, Ziya Məmmədov neftin ucuzlaşmasına görə “yuxarılar”dan gələn “ixtisar tapşırığı”nın icrasına “Azəryolservis”dən başlamaq niyyətindədir. Məlumatda deyilir ki, nazir qəsəbədaxili yolların çəkilməsini və təmirini bələdiyyələrin ixtiyarına verilməsi, həmçinin “Azəryolservis”dəki idarələrin bir çoxunun faktiki olaraq fəaliyyətsizliyini əsas gətirərək ilk olaraq həmin qurumların ləğvini istəyir. Lakin məsələ burasındadı ki, bu idarələrin əksəriyyətində Cavid Qurbanova yaxın adamlar çalışır. Ona görə də Ziya Məmmədovun bu addımını Cavid Qurbanovun xoş qarşılamayacağı şübhəsizdir. (Azadlıq qəzeti)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər