BolgeXeber.Com » Gündəm » Ziya Məmmədovun nazirliyinin vergi fırıldağının üstü açıldı - Foto

Ziya Məmmədovun nazirliyinin vergi fırıldağının üstü açıldı - Foto

10-01-2015, 17:25
Oxunub: 2 747 "Nəqliyyat Nazirliyi yük götürmə qabiliyyəti 1500 kq olan yük maşınlarına verilən lizenziyanı biz sürücülərə baha qiymətə satır."

Bunu Avropa.info-ya göndərdiyi müraciətdə sürücü Teymur Kərimov yazıb.

Sürücü bildirir ki, yük götürmə qabillyyəti 1500 kq olan yük maşınlara lisenziya 2 manat 50 qəpik olduğu halda, ondan hər il buna görə rüşvət alırlar.

"Lisenziya sənədində əsl vergi 2 manat 50 qəpik göstərilir. Yəni mənə verilən lisenziyada yazılıb ki, vergi tutma məbləği 2manat 50 qəpikdir. Lakin həmin göstərilən lisenziyanı mənə 2013 cü ildə 50 AZN-ə, 2014 cu ildə 60 manata və bu il yəni 2015-ci ildən isə daha 10 AZN qaldıraraq 70 AZN-ə satıblar.

Belə görünür ki, hər il 10 AZN qalxır, ancaq sənəddə göstərilən vergi 2 manat 50 qəpik şəklində qalır. Nəzərə alsaq ki, mən tək deyiləm, minlərlə mənim kimi sürücü var, bu qədər artıq vəsaitin kimə və kimlərə, hansı büdcəyə getməsi maraq doğurur. Sizdən xahiş edirəm ki, bunu yazasınız artıq qoğaza yiğılmışıq. Belə görünür ki, bu rüşvət Nəqliuyyat Nazirliyindəkilərin cibinə axır.
Bolgexeber.com"