BolgeXeber.Com » Gündəm » 7 saylı Doğum Evində rəzalət

7 saylı Doğum Evində rəzalət

14-01-2015, 17:25
Oxunub: 5 584 Uşaq dünyaya gətirmək istəyən valideyn bunun üçün təkcə baş həkimə 700 manat verməlidir

7 saylı Doğum Evi korrupsiya bataqlığında çevrilib. Bu haqda azerinews.tv-yə göndərilən şikayətdə belə deyilir. Beləki, daxil olan şikayətdə 7 saylı Doğum Evinin baş həkimi Xatirə Murtuzayevanın qeyri-qanuni hərəkətlərindən və sözügedən xəstəxanada övlad dünyaya gətirən analar həkimilərin rüşvətxorluğundan cana yığıldıqları bildirilir. Şikayətçilərin dediyinə görə, Xatirə xanım konkret olaraq hər bir işçisindən haqq tələb etməklə yanaşı, dünyaya uşaq gətirmək istəyən analardan da pul tələb edir. Belə ki, qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirmək istəyən valideyn bunun üçün təkcə baş həkimə 700 manat verməlidir. Yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun üçün də tələb olunan məbləğ 300 manata yaxındır. Oradakı tibb bacıları, baxıcılar və digər işçilərə də üç gün içində 100 manata qədər pul xərclənir ki, nəticədə bir valideynə ümumi proses 1200 manatdan baha başa gəlir. Daxil olan şirkayətdə oda deyirlər ki, insanlar bu məsələ ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etsələrdə də, problemlər həldə həllinii tapmayıb. Üstəlik, 7 saylı Doğum evinin baş həkimi Xatirə xanım qiymətləri daha da artırmağa başlayıb. Qiymətlərin birdən -birə artması elə şikayətçilərin çoxalmasına səbəb olub.Məlumat üçün onuda bildirək ki, şikayətçilərin iddialarına aydınlıq gətirmək üçün tibb müəssəsinin baş həkimi Xatirə Murtuzayevlə əlaqə saxladıq. O, ittihamlara cavab olaraq " bəzi insanlar var ki, məni gözləri götürmür, bu səbəbdəndə mnim rəhbəri olduğum xəstəxananın işçilərinə şişirdilmiş rəqəmlərlə şər atmağa çalışırlar. Problemlər hər yerdə var, amma bu o demək deyil ki, biz insanları burda soyuruq. Kimin gücü nəyə çatırsa onu edir, biz burda heç bir müalicəyə konkret qiymətlər qoymamışıq"...
Bolgexeber.com