Bakıda manyak məktəbli qızı vəhşicəsinə döydü - FOTO
15-01-2015, 15:35
Oxunub: 3 540
Qızın üzü tanınmaz hala düşüb.
Bakıda məktəbli qıza hücum edilib. Naməlum şəxs bir neçə dəqiqə əvvəl orta məktəbin 10-cu sinif şagirdi L.B.-ni döyərək tanınmaz hala salıb.
Bolgexeber.com-un məlumatına görə, zərərçəkmişin yaxınları Milli.Az-a bildiriblər ki, məktəbli dərsdən evə qayıdarkən arxasınca bir nəfər kişi düşüb.
Təxminən 30-35 yaşlarında olan, qara gödəkçə geyinmiş şəxs qızı izləyərək yaşadığı Xətai rayonu, Zığ yolu, ev 36-ya gəlib. Qızın arxasınca liftə girən şəxs onun evin qapısını açmasını gözləyib. Qapını açan kimi içəri soxulan şəxs L.B.-ni döyməyə başlayıb. Yumruq-təpik zərbələri ilə ona xəsarət yetirən məktəbli qan içərisində işdə olan anasına məlumat verib.
Hazırda zərərçəkmişə tibbi yardım edilməsi üçün təcili yardım çağırılıb, cinayətkarın tapılması üçün polisə məlumat verilib.
Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən bildirildi ki, hadisə baş verən ünvana əməliyyat qrupu göndərilib. Məsələni diqqətdə saxlayacağıq...



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər