“Sağlam Qida Co” MMC-də biabırçılıq – FOTOFAKT
15-01-2015, 15:50
Oxunub: 5 068
Bolgexeber.com tezxeber.az-a istinadən bildirir ki, bildirir ki, bu portalın məsul redaktoru, teleaparıcı Murad Həşimov maraqlı faktla üzləşib. Hər axşam süfrə ətrafına toplaşan Həşimovlar ailəsinin çorəkqabına gələcəkdən çörək gəlib. Bəli, gələcəkdən.
Teleaparıcının sözlərinə görə, dükandan alınan çörəyin üzərində istehsal tarixi olaraq 15.01.15 göstərilib. Yəni, 14 yanvarda (14.01.15) satılan çörəyin istehsal tarixinə baxanda demək olar ki, bu çörək gələcəkdən bu günümüzə gəlib.
“Sağlam Qida Co” MMC-də biabırçılıq
Sözügedən çörək, Sumqayıtda yerləşən “Sağlam Qida Co” MMC-nin istehsalıdır. “BATON BAKI SADƏ” əmtəə nişanı altında satışa təqdim edilən məhsulun üzərində istehsalat müəssisəsi ilə əlaqə yaratmaq üçün internet səhifəsi qeyd olunsa da, səhifə fəaliyyət göstərmir. Əlavə olaraq heç bir telefon göstərilməyib.
“Sağlam Qida Co” MMC ilə əlaqə yaratmağa və aidiyyatı tərəfin şərhini dərc etməyə çalışsaq da, bunu texniki cəhətdən etmək mümkün olmadı.
Bütün hallarda çörək istehsalçısının reaksiyasını işıqlandırmağa hazırıq.
Həmin çörəyin fotolarını təqdim edirik:



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər