Bakıxanov sakinləri etiraza qalxdı - Foto
16-01-2015, 17:45
Oxunub: 2 769
Binalar bir-birinə yaxın ərazidə yerləşdiyindən fövqəladə hallar zamanı giriş-çıxış yolları qapadılıb
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 22-nin qarşısında aparılan tikinti işləri sakinlərin etirazına səbəb olub.Bu barədə saytına sakinlər məlumat veriblər.Sakinlərin sözlərinə görə, qeyri-qanuni aparılan tikinti onların həyatı üçün təhlükə yaradıb: “Binamızın önündə ucaldılan və az qala eyvanlarımızın toqquşduğu qeyri-qanuni tikintinin qarşısını almaq üçün köməklik edin. Əvvəllər bağ sahəsi olan bu ərazi satıldıqdan sonra dağıdıldı və çox keçməmiş yerində tikinti işlərinə başlanıldı. Məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara şikayət etmişik. Lakin tikinti işləri dayandırılmadı. Ərazini alan və tikilinin başında duran şəxs isə işin başlancığında bina sakinlərini yalan vədlərlə aldada bildi”.
Sakinlər deyirlər ki, ərazidə aptek, bağça, çay evi tikiləcəyi vəd olunsa da sonradan çoxmərtəbəli bina tikməyə başlayıblar: “Artıq binanın 3 mərtəbəsi tam hazırdır. Hər gün səhər saat 7-dən tikintiyə başlayırlar. Yaxında yerləşən yaşayış binalarında yaşayan sakinlər arasında yaşlı nəslin nümayəndələri, körpə uşaqlar, həmçinin gecə növbəsində çalışan insanların da olmasını nəzərə alsaq, bu, insanların həm sağlamlığına, həm də istirahətinə maneçilik törədir, binaya giriş-çıxışda problem yaradır”.
Binalar bir-birinə yaxın ərazidə yerləşdiyindən fövqəladə hallar zamanı giriş-çıxış yolları qapadılıb. Sakinlər tədbir görülməyəcəyi təqdirdə aksiya keçirəcəklərini bəyan edirlər.virtualaz.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər