İki həftəyə 1 milyon miqrant Rusiyadan qaçdı, iri şəhərlər iflic oldu
16-01-2015, 18:30
Oxunub: 3 527
Rublun sürətlə ucuzlaşması keçmiş sovet respublikalardan olan miqrantların Rusiyadan kütləvi şəkildə qaçmasına səbəb olub.
Virtualaz.org saytı xəbər verir ki, İtaliyanın “La Repubblica” qəzeti özbəklərin, qırğızların və taciklərin Rusiya şəhərlərindən yoxa çıxdığını, nəticədə iri şəhərlərin iflic olduğunu yazır. Çünki Rusiya şəhərlərinin küçələrini zibildən təmizləyən, binaların damına yığılan qar təpələrini yığan və digər ağır işləri görənlər məhz onlar idi.
İndi onlar dəyərdən düşən rublun qarşılığında bu alçaldıcı əməklə məşğul olmaq istəmirlər.
Bildirilir ki, miqrantlar cəmi iki həftə ərzində sözün əsl mənasında Rusiyadan yoxa çıxıblar və indi qatı millətçi ruslar öz arzularının reallaşdığını görə bilərlər.
Dekabrın sonlarında, yanvarın əvvəllərində Rusiyanı 1 milyondan çox əmək miqrantı tərk edib, qalanları isə qaçmağa hazırlaşır.
Nəticədə Moskva sakinləri qəfildən ayılıblar ki, səkiləri buzdan təmizləyən yoxdur, evlərin damlarındakı tonlarla qarı da heç kim təmizləmir.
İqtisadi baxımdan daha kasıb olan Sankt-Peterburqda isə vəziyyət daha acınacaqlıdır. Meriya sakinlərdən xahiş edir ki, qarı öz güclərinə təmizləsinlər. Bu da vətəndaşlar tərəfindən məmurların ünvanına söyüşlərə gətirib çıxarır.
“Və bu, hələ başlanğıcdır. Miqrantların qaçması tikintilərin dayanmasına, mağazaların, restoranların, kiçik sexlərin bağlanmasına və nəticədə iqtisadiyyatın daha çox zərər görməsinə səbəb olacaq. Miqrantların kütləvi şəkildə Rusiyadan qaçmasının səbəbləri çoxdur. İlk növbədə bu, miqrantlar haqda qanunun sərtləşməsi, rublun dəyərdən düşməsi ilə əlaqəlidir” — deyə qəzet yazır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər