Vətəndaş 6 aydır kartını SMM-in işçisindən ala bilmir
16-01-2015, 20:45
Oxunub: 4 559
Aytən xanım Xətai SMM-in işçisi Kamranın 5 aydır onun yerinə sosial yardımı götürdüyünü bildirir
Son günlər Xətai rayon Sosial Müdafiə Mərkəzinin direktoru Sərdar Xıdırovdan xeyli sayda şikayətlər mətbuatda yer alıb. Lakin buna rəğmən, mərkəzin direktoru ilə bağlı nə araşdırma aparılıb, nə də hər hansı bir tədbir görülüb. Və bunun hansı səbəbdən baş verdiyi də naməlum olaraq qalır.
Bu əsnada jam.az-a müraciət edən Xətai sakinlərindən biri qeyd edib ki, ünvanlı sosial yardım almaq üçün ona verilmiş kart SMM-in işçisi tərəfindən əlindən alınıb. Aytən adlı oxucumuz qeyd edir ki, 5 ay bundan əvvəl ona ünvanlı sosial yardım ayrılıb. Lakin həmin vaxtdan bəri Xətai SMM-in işçisi Kamran adlı şəxs onun kartını əlindən alaraq, özündə saxlayır. «Kamran 5 aydır mənim yardımımı alır. Telefonla zəng vurub kartımı istəmişəm. Deyir ki, 1 aydan sonra 6 ay tamam olur. Tamam olsun kartı geri verəcəm».
Oxucumuz yazır ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin heç bir müraciətinə cavab verilməyib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər