Astroloji proqnoz - 19 yanvar
19-01-2015, 09:35
Oxunub: 3 642
QOÇ - Yaxşı olar ki, gün boyu maliyyə məsələlərində riskli addımlardan çəkinəsiniz
Əks təqdirdə aldadıla bilərsiniz. İstənilən situasiyada obyektiv qərar verməyə çalışın.
BUĞA - Pulla bağlı uğurlarınız gözlənilsə də, qarşılıqlı münasibətlərdə və sağlıq durumunuzda xoşagəlməzliklər ola bilər. Bu amili nəzərə alıb davranışınıza və qidanıza fikir verin.
ƏKİZLƏR - Ulduzlar doğma və yaxınlarınızla soyuq davranışınızdan şikayətçidir. Bunu aradan qaldırmaq üçün digər işləri təxirə salmaq da olar. Əsas vaxtınızı sevimlilərinizlə keçirin.
XƏRÇƏNG - İxtiyarınızda olan bu təqvimdə keçmiş günahlarınızdan qurtulmağınız üçün bir sıra addımlar atmalı, ehtiyac olarsa, tövbə etməlisiniz. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın.
ŞİR - O qədər də səmərəli gün deyil. Lakin güc və potensialınızdan istifadə etməklə vəziyyətin axarını maraqlarınıza uyğunlaşdıra bilərsiniz. Ailədəki narahatçılığa özünüz son qoyun.
QIZ - Yaxşı olardı ki, fəaliyyətlə bağlı bütün işlərinizi təxirə salasınız. Münasibətlər zəminində bu qədər çatışmazlıqlar olduğu halda hansısa işə enerji itirməyə lüzum yoxdur.
TƏRƏZİ - Baxmayaraq ki hava soyuqdur, qəlbinizin istiliyi ətrafınızda olanları sizə qarşı daha da mərhəmətli edəcək. Nə vaxtsa rastlaşdığınız haqsızlıqları xatırlamaqdan əl çəkin.
ƏQRƏB - Ümumi atmosfer passiv olduğundan hansısa qeyri-adi işlərə girişməyin. Əsas enerjinizi qarşılıqlı münasibətlərə yönəldin. Səmimi insanlarla bir araya gəlmək əhvalınızı yüksəldəcək.
OXATAN - Günün ümumi mənzərəsi normaldır. Qəlbinizə yaxın olan insanlara qarşı səmimi və qayğıkeş olun. Əgər maddi durumunuz yaxşıdırsa, ehtiyac duyanlara bacardığınız qədər kömək edin.
OĞLAQ - Qarşılıqlı münasibətlərdə rastlaşdığınız xoş ovqat digər məsələlərdə də irəliləyiş yaradacaq. Özünüzü cəmiyyətdən təcrid olunmuş hala salmayın. Həyatın gözəlliyini duyun.
SUTÖKƏN - Əslində yeni il sizin üçün bu gün "başlayır". Çünki 2013-cü ildə nəzərdə tutduğunuz planların icrası günorta saatlarından start götürəcək. Varlanma ehtimalınız da var.
BALIQLAR - Bütün vücudunuzu bürüyən müəmmalara son qoyun. Tarix boyu belə hallar heç kimə uğur gətirməyib. Dünyanı düzəltməkdən əvvəl öz qüsurlarınızı aradan qaldırmağa çalışın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər