“Azərittifaq” Kərəm Həsənovla torpaq davasına qalxdı
19-01-2015, 15:40
Oxunub: 6 255
hakim işi geri qaytardı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq” və "Azərittifaq”ın Xaçmaz Rayon İstehsal-İstehlak Kooperativi Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı məhkəmə davası açıb.
Tərəflərin məhkəmə çəkişməsinə səbəb komitənin balansdaşıyıcı qurum olaraq "Azərittifaq”ın razılığı olmadan onun balansında olan torpaq sahəsinin rayonda yerləşən "Arzu ticarət mərkəzi” MMC və İlqar Bədirxanov a satılmasıdır:
"Hazırda "Azərittifaq” və "Azərittifaq”ın Xaçmaz Rayon İstehsal-İstehlak Kooperativinin rəhbərliyi Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia qaldıraraq, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi-1 ünvanda yerləşən və icarə müqaviləsində göstərilən 3156,49 kv.metr torpaq sahəsindən artıq hissəyə xitam verilməsini tələb edir”.
Mia.az-ın məlumatına görə, işə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb: "Bu məhkəmənin qərardadından verilmiş şikayət isə bu günlərdə Bakı Apellyasıya Məhkəməsi tərəfindən araşdırılıb. Hakim Elmira Nağıyeva birinci məhkəmə instansiyasının qərardadını ləğv edərək, işi yenidən 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə geri qaytarıb”.
Bildirilir ki, yaxın günlərdə tərəflərin məhkəməsinə start veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər