“Məmur xalqın quludur, ağası yox”
20-01-2015, 11:05
Oxunub: 4 062
“Direktor kimdir ki, şagirdi təhqir eləsin?!”
“Məmur özünü ağa kimi hiss etməməlidir. O, dövlətinin və xalqının quludur, ağası yox”.
Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Hövsanda məktəb direktorunun şagirdləri təhqir etməsinə və bu səbəbdən keçirilən aksiyaya münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, bu hadisə digər məmurlara dərs olmalıdır: “Əgər bu ölkənin rəhbəri gərgin iş qrafikinə baxmayaraq, vaxtaşırı regionlara səfərlər edib, xalqla açıq təmaslar aparırsa, vətəndaşları şəxsən dinləyirsə, məmur kimdir ki, özünü dağ başına qoysun. Təəssüf ki, bəzi məmurların insanları təhqir etməsi, onları aşağılaması hallarına hələ də rast gəlirik. Ölkənin ən yüksək tribunasından, Prezident səviyyəsində qudurğan məmurlara dəfələrlə xəbərdarlıq edilsə də, bəzi məmurlar hələ də öz çirkin xislətindən əl çəkmirlər. Əgər hər hansı məktəb direktoru qudurğanlıq edib, vəzifə səlahiyyətlərini aşırsa, buna qarşı etiraz aksiyasını siyasiləşdirməyə və uzaqgörən nəticələr çıxarmağa ehtiyac yoxdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər