Bərdədə 20 Yanvarla bağlı dəyirmi masa keçirilib-FOTO
20-01-2015, 11:15
Oxunub: 4 583
Veteran müəllim Rəşid Kazımov şəhidlərə həsr etdiyi şeiri oxumuşdur
Bolgexeber.com bildirir ki, 19 yanvar 2015-ci il tarixdə Bərdə şəhər Mərkəzi kitabxanasında Gənclər və İdman idarəsinin, Mədəniyyət və Turizim şöbəsinin birgə təşkilatçılığı ilə Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Etibar Hüseynova, kitabxananın baş kitabxanaçısı Fəxriyyə Quliyeva, Mərkəzi kitabxananın müdiri Almaz Zülfüqarova, 2 saylı şəhər kitabxanasının müdiri Xədicə Məmmədova, Laçın rayon Ağanus kənd tam orta məktəbin şagirdləri çıxış etmişlər. Mövzu ilə bağlı hazırlanmış videoçarx iştirakçılara təqdim olunmuşdur.
Veteran müəllim Rəşid Kazımov şəhidlərə həsr etdiyi şeiri oxumuşdur. İnkluziv komponentli günü-uzadılmış tam orta məktəbin 2-ci sinif şagirdi Cəmalə Vəlizadə şeir söyləmişdir.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər