Norveç yığmasının 16 yaşlı futbolçusu"Real Madrid"də-VIDEO
22-01-2015, 14:15
Oxunub: 2 713
Norveçin "Stremqodset" komandasının futbolçusu Martin Edeqor İspaniyanın "Real Madrid" klubuna keçib. Sportnet.az-ın "kral klubu"nun rəsmi saytına istinadən verdiyi məlumata görə, 16 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra müqaviləyə imza atacaq.
O, əvvəlcə ikinci komandada Zinəddin Zidanın rəhbərliyi altında çıxış edəcək. "Stremqodset"in bu keçiddən 3 milyon avro, futbolçunun isə ildə 2,25 milyon avro qazanacağı bildirilir. Edeqorla İngiltərənin "Liverpul", Almaniya "Bavariya" və Hollandiyanın "Ayaks" klubları da maraqlanırdı.
Qeyd edək ki, Martin Edeqor Norveç çempionatında 15 yaşında, ölkə millisində isə 16 yaşında debüt edib. O, Avropa çempionatının seçmə mərhələsində çıxış etmiş ən gənc futbolçudur. Norveç yığması AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər