BolgeXeber.Com » Gündəm » Səlim Müslümovdan mətbuata basqı

Səlim Müslümovdan mətbuata basqı

23-01-2015, 09:55
Oxunub: 5 031 Əliyunis Mütəllimov haqqında yazılan obyektiv tənqidi məqalələrimiz yerli məmurların qəzəbinə səbəb olub

Bolgexeber.com xatırladır ki, ötən yazılarda sizləri Ağsu rayon Əmək və Əhalinin Sosial Mudafiəsinin direktoru Əliyunis Mütəllimov və onun adamlarının, 2-ci qrup əlil Şənlik Hüseynovun sosial yardımının kəsilməsi və ölümlə hədələnərək təhqir edilməsi barədə məlumat vermişdik.
2 uşaq atası olan Şənlik Hüseynov studiyamıza gələrək şok edici məlumatların üstünü açmışdı. Sənlik Huseynov bildirdi ki, keçən il, Füzuli Ələkbərovun dövründə sosial yardım almaq üçün ondan 400 AZN istəyiblər, o isə buna imkanınin olmadığını söylədiyi zaman kartından 4 aylıq sosial yardımı götürüblər. İndi maddi durumu həddindən aşağı olduğundan nəinki sosial yardım ala, heç şikayətinə baxan belə tapa bilmir. Bolgexeber.com bildirir ki, şikayətçinin problemini bir neçə dəfə işıqlandırandan sonra Ağsu rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Əliyunis Mütəllimov haqqında yazılan tənqidi məqalələrlə bağlı məhkəmələrə üz tutmaq niyyətinə düşüb. Davamlı şəkildə bir neçə saytın onun özünün dediyi fikirləri ictimaiyyətə çatdırılması Əliyunis Mütəllimovu qəzəbləndirib. Redaksiymıza daxil olan məlumata görə Əliyunis Mütəllimovun xüsusi ittiham qaydasında BTV (Bolgexeber TV) daxil olmaqla 6 sayt rəhbəri barəsində məhkəməyə müraciət etməsinə səbəbinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona olunan təzyiqdən qaynaqlandığı bildirilir.

Bolgexeber TV-nin rəhbəri Vasif Turan məsələ ilə bağlı Bolgexeber.com-a bildirdi ki, 2-ci qrup əlil Şənlik Hüseynovun şikayəti ilə bağlı mətbu orqanımızda məqalə və videosüjet gedəndən sonra elektron ünvanlarımıza təhdid və hədə-qorxu xarakterli məlumatlar daxil olur.Naməlum ünvanlardan gələn həmin məlumatlarda qeyd olunur ki, bizim Ağsu rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Əliyunis Mütəllimov haqqında yazılan obyektiv tənqidi məqalələrimiz yerli məmurların qəzəbinə səbəb olub.Və bu barədə yazdığımıza və 2-ci qrup əlil Şənlik Hüseynovun sosial problemini qabartdığıza görə direktor Səlim Mülümovun göstərişi ilə xüsusi ittiham qaydasında 6 sayt rəhbəri barəsində məhkəməyə müraciət edəcək.
“Mən belə başa düşürəm ki,bu mətbuata basqıdır. 2-ci qrup əlil Şənlik Hüseynovun Ağsu rayon ƏƏSM-nin direktorundan şikayəti ilə bağlı videosüjetdə heç bir şantaj-filan yoxdur. Biz sadəcə mətbu orqan olaraq borcumuzu yerinə yetirərək əlil vətəndaşın qarşılaşdığı problemi işıqlandırmışıq ki,bu da çox güman yüksək vəzifəli məmurların xoşuna gəlməyib. Lakin, çox güman ki, Ağsunun icra başçısı Ənvər Seyidəliyev ,onun arxalandığı Səlim Müslümov və onların yerlərdəki adamları tərəfindən edilən bu təzyiqlər bizi qorxutmur. Səlim Müslümov bizi məhkəməyə vermək haqda göstəriş verməkdənsə heç olmasa bir əlilin poblemini, Ağsuda mövcud olan çoxsaylı social problemləri həll etsin”,-deyə Bolgexeber TV-nin rəhbəri Vasif Turan bildirdi. Bundan başqaTV rəhbəri məsələ ilə bağlı yaxın zamanlarda mətbuat konfransı keçirəcəyini qeyd etdi.
Bolgexeber.com