BolgeXeber.Com » Gündəm » Etibar Pirverdiyev nazir olmaq eşqinə düşüb

Etibar Pirverdiyev nazir olmaq eşqinə düşüb

24-01-2015, 17:35
Oxunub: 3 442 Qurumun yüksək çinli məmurlarından birinin Dubaya ezamiyyəti büdcəyə nə az, nə çox 350 min manata başa gəlib

Yadınızdadırsa, İqtisadi və Sosial İnkişaf Mərkəzi bir neçə il öncə rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və dayanıqlı nəticələrin əldə edilməsi məqsədilə hazırladığı Antikorrupsiya Tədbirləri Paketinin təqdimatını keçirmişdi.

İSİM-in İdarə Heyətinin sədri Vüqar Bayramov bildirmişdi ki, korrupsiyaya qarşı mübarizənin səmərəli aparılması və davamlı olması üçün hazırlanan təkliflər paketi iqtisadiyyatın bütün sahələrində struktur islahatlarının aparılmasını nəzərdə tutur. Onun sözlərinə görə, antikorrupsiya tədbirləri çərçivəsində struktur islahatları iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir: "İslahatlar nəticəsində "Azərsu" ASC-nin "Meliorasiya və Su Təsərrüfatı" SC-yə birləşdirilməsi və hər iki qurumun bazasında yeni agentliyin - Dövlət Su Agentliyi yaradılması, "Azərenerji" ASC-nin Dövlət Neft Şirkətinə birləşdirilməsi, Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinin tərkibində idarə formasında fəaliyyət göstərməsi, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilməsi, Sosial Müdafiə Fondunun ləğv edilərək departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi, Sənaye və Energetika Nazirliyinin ləğv edilərək funksiyalarının bir qisminin Neft Şirkətinə verilməsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamentinin formalaşdırılması təmin olunmalıdır". Mərkəz rəhbərinin irəli sürdüyü təkliflərdən sonra cəmiyyətdə bir müddət bəzi qurumların ləğv edilərək nazirliklərə birləşdiriləcəyi haqda məlumatlar yayılmağa başladı. Aradan bir müddət keçəndən sonra isə Vüqar Bayramovun hazırladığı tədbirlər paketi unuduldu. Çünki onun hazırladığı paket bəzi məmurların ürəyincə deyildi. Başqa sözlə desək, bu təkliflər gerçəkləşəcəyi təqdirdə onların bir neçəsi tutduqları vəzifələri itirmək təhlükəsi ilə üz-üzə qalacaqdılar. Xatırladaq ki, bundan əvvəl də bəzi dövlət qurumlarının ləğv edilməsi məsələsi gündəmə gəlib. Belə ki, Etibar Pirverdiyevin rəhbərliyi altında fəaliyyət göstərən "Azərenerji" ASC-nin Energetika Nazirliyinə və ya Dövlət Neft Şirkətinə birləşdiriləcəyi ilə bağlı iddialar ortaya atılmışdı. Son vaxtlar sırf bu məsələ ilə bağlı məsələlər yenidən aktuallaşıb. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, rəsmi qurumların rəhbərləri büdcə kəsirlərinin və maliyyə itkilərinin qarşısını almaq məqsədilə bəzi dövlət qurumlarında struktur dəyişikliyinə getməyə hazırlaşır: "Xarici ölkələrin təcrübəsinə nəzər salanda görürük ki, bir ölkədə eyniprofilli iki qurum fəaliyyət göstərmir. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu var. Energetika Nazirliyi ilə bərabər "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti var. Halbuki, adıçəkilən qurumları birləşdirib vahid struktur yaratmaq mümkündür. Bu həm maliyyə, həm də digər işlərin görülməsi baxımından məqsədəuyğun hal olardı. Hazırda "Azərenerji"nin Energetika Nazirliyinin tərkibinə verilməsi barədə müzakirələr aparılır. Fikrimcə, belə bir struktur dəyişikliyi yerinə düşərdi. Səbəbi isə məlumdur. Çünki Etibar Pirverdiyevin rəhbəri olduğu qurum hər il dövlətin büdcəsinə külli miqdarda ziyan vurur. Məsələn, "Anonymous" haker qrupunun "Azərerenerji" ASC-nin saytını dağıdaraq ələ keçirdiyi sənədlər yol verilən maliyyə itkilərini, israfçılığı tam aydınlığı ilə ortaya qoydu. Həmin sənədlərdə ASC-nin daim büdcəyə borclu qalmasının səbəbləri məlum olur. Qurumun yüksək çinli məmurlarından birinin Dubaya ezamiyyəti büdcəyə nə az, nə çox 350 min manata başa gəlib. Bu isə yolverilməz haldır. Dövlətin pullarını israf etməyə heç kimin haqqı yoxdur. "Azərenerji" həm də iri vergi ödəyicisidir. Qurum izafi xərcləri azaltmaq hesabına büdcəyə olan vergi borclarını ödəməyi düşünsəydi dövlət üçün daha faydalı olardı. 2007-ci ildə elektrik enerjisinin topdansatış və pərakəndə qiymətlərinin artırılmasından sonra 1 kVt/s elektrik enerjisi üçün 0,043 manat (üç dəfə artım), bütün qrup istehlakçılar üçün 0,06 manat (əhali üçün üç dəfə, büdcə və sənaye obyektləri üçün 2,3 dəfə, kommersiya obyektləri üçün 20 faiz artım) qiymət müəyyən edilib. O zaman bahalaşma subsidiyaları azaltmaqla dövlət büdcəsini yükdən azad etmək, eləcə də əhalini keyfiyyətli enerji ilə təmin etməklə əsaslandırılmışdı. Maraqlıdır, ötən müddət ərzində nə subsidiyalar azalıb, nə də əhali keyfiyyətli enerji ilə təmin olunub. Enerji qiymətləri 3 dəfə artırılarkən əsas arqument kimi borca görə yaranan dolayı subsidiyaların aradan qaldırılması gətirildi. Bu halları nəzərə alan yuxarı instansiyaların nümayəndələri "Azərenerji"ni Energetika Nazirliyinə birləşdirmək və maliyyə itkilərinin qarşısını almaq istəyirlər". Sözsüz ki, qeyd olunan struktur dəyişikliyi baş tutsa, Etibar Pirverdiyev vəzifəsini itirə bilər. Mənbəmiz isə vurğulayır ki, ASC sədri son vaxtlar nazir olmaq iddiasına düşüb. Onun çalışmaq istədiyi vəzifə isə energetika naziri Natiq Əliyevin postudur. Hətta deyilənə görə, "Azərenerji" rəhbəri nazir kürsüsündə əyləşə bilməkdən ötrü bütün imkanlarını səfərbər edib. Biz isə hesab edirik ki, ASC sədri kimi özünü doğrultmayan Etibar müəllimə bu cür səlahiyyətli vəzifə həvalə edilməz.