Nazirlik "Maqnit Ekspress"lə bacarmır
26-01-2015, 13:25
Oxunub: 4 101
İstehlakçıların hüquqlarına "vəhşi təcavüz"...
Azərbaycanda hələ də bir çox şirkətlərin satılmayan mallarını saxta və yalançı reklam hesabına insanlara sırımasının şahidiyik. Zaman-zaman bu vasitədən istifadə edərək milyonlar qazanan “AKKORD” Şirkətlər Qrupu bunun uzun müddət keçərli olmayacagını görüb dayandı. “AKKORD-dan bir ev alana birini hədiyyə” adı altında gedən reklamım ifşa olunması yəqin ki hər kəsin yadındadır.
Amma bu gün elə şirkətlər var ki, peşəkarlıqla yalan reklamlarını qorxmadan, heç kimdən çəkinmədən gün ərzində bir neçə dəfə telekanallarda belə səsləndirməkdə davam edirlər.
Bizimxeber.AZ xəbər verir ki, xalqı aldadan bu tip şirkətlər var ki, bu şirkətlər hər kvartal, hər fəsil yeni-yeni kompaniyalar keçirərək milləti soymaqla məşğuldur. İstər endirim, istər sə də hər hansı bir şirikləndirici kredit aksiyaları, yaxud da rifahı “yaxşılaşdırıcı” layihələrin keçirilməsində məqsəd əslində kasıb, lakin nəyəsə ehtiyacı olan insanları soymaqdan başqa bir şey deyil. Belə şirkətlərdən biri və bugün üçün birincisi “MAQNİT” EKSPRESS KREDİT-dir.
İlk öncə deyək ki, bu şirkətin rəhbərliyi xalqı lağa qoyaraq, soyğunculuqla məşgul olur. Reklamlarda deyildiyi kimi, kredit faizləri aşağı yox, inanılması mümkün olmayan dərəcədə yüksəkdir. Məsələn, 420 AZN olan paltaryuyan maşınını almaqdan ötrü burada 10 ay müddətində 780 AZN-ə, plus 10 AZN-də kredit blankının açılmasına pul ödənilməlidir. Bəs burada faizsiz, ilk ödənişsiz olan kredit nədən ibarətdir? Axı reklamda faizsiz, ilkin ödənişsiz sözlərindən istifadə olunur?
Bu barədə gələn yazılarda…
Maraqlısı odur ki, “Maqnit”in xanım işçiləri də bu sualın cavabını tapa bilmirlər. Daha doğrusu, onlar üçün əsas məqsəd məhsulu satmaqdır. Çünki, satılan maldan faiz əldə edirlər. Bu səbəbdən də şirkətin yalan reklamını ört-basdır etməyə məcburdular ki, bu faizi əldə etsinlər.
Bu günlərdə Maqnitin daha bir yalannın üstünü açdıq.
Bizimxeber.AZ olaraq butun telekanllarda Şirkətin “bir planşet alana bir telefon hədiyyə” kompamiyası ilə maralanırıq. Bunun üçün telekanlda verilən telefon nömrəsi ilə əlaqə saxlayırıq. Dəstəyi qaldıran xanim “müəllim, təəssüflər olsun ki, bu kompanmiya 2 aydır bitib” deməsi ilk dəqiqədən reklamın yalan olduğunu və umumiyyətlə, belə bir kompaniyanın olmadığını ortaya qoyur. Və ardınca “müəllim sizə başqa formada necə komək edək” deməsi bir daha onların məqsədlərini ortaya qoyur. Bu yalançı reklamların verilməsində məqsəd insanların onlara zəng etməsi üçün bir vasitədir.
Qarşısındakına qətiyyən imkan verməyən bu dilli-dilavər xanımlar maksimum çalışırlar ki, insana nəysə sırısınlar. “Bəs kompaniya bitibsə niyə hələ də bu reklam gedir” sualının cavabı isə belə olur – “Reklamdı da, bütün şirkətlər aldadır, biz də onlardan biri. Başqa variant yoxdur”. Ardınca yenə öz istəklərinin reallaşmasına çalışırlar ki, nəysə sırısınlar.
Adi mağazalarda 250 manatlıq telefonu, 350 manata satan Maqnit Şirkətlər Qrupu bu kimi fırıldaqlardan istifadə etməklə, xalqı aldatmaqla lağa qoyur, insanıları savadsiz hesab edir. Nəzərə alsaq ki, Azərbaycanda Reklam Haqqında qanun var və yalan reklam etməyə görə, məsuliyyət nəzərdə tutulur. Elə isə, “MAQNİT” EKSPRESS KREDİT şirkətnin rəhbərliyinə niyə gözün üstə qaşın var deyən yoxdur? Kimdir bu şirkətin sahibi? O kimə arxayın olaraq Milli Məclisdə günlərlə müzakirə olunan və sonra prezident İlham Əliyevin imzası ilə təsdiqlənən “Reklam Haqqında” qanunu pozur? Ona bu səlahiyyəti kim verib?
Bu Azərbaycan xalqına hörmətsizlikdi, həmçinin cinayətdir…
P.S.
Bizimxeber.AZ-a daxil olan məlumata görə, “MAQNİT” EKSPRESS KREDİT şirkəti vergidən yayınır. Daha doğrusu, bütövləşdirilmiş vergi modelindən istifadə edir…
Bu faktın doğruluğunu dəqiqləşdirmək üçün Vergilər Nazirliyinə sorğu göndəriləcək.
Araşdırmalarımız davam edir…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər