Qadını vurub qaçan sürücünün kimliyi müəyyənləşib
26-01-2015, 17:50
Oxunub: 3 851
"Daewoo" markalı "10-TE-437" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü stintaqa cəlb olunub
Paytaxtın Sabunçu rayonunun hüquq-mühafizə orqanları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.
Bolgexeber.com Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata istinadən xəbər verir ki, yanvarın 26-da saat 07 radələrində rayonun Bakıxanov qəsəbəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən piyada 1950-ci il təvəllüdlü Mahmudova Pəri Əyyub qızını vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "Daewoo" markalı "10-TE-437" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1955-ci il təvəllüdlü Tağızadə Rafael Tağı oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər