BolgeXeber.Com » Gündəm » Deputatlar futbol qumarını ləğv etməyə çağırır

Deputatlar futbol qumarını ləğv etməyə çağırır

2-02-2015, 19:30
Oxunub: 3 247 Azərbaycanda hazırda fəaliyyətdə olan idman mərc oyunlarının ləğv olunması təklif edilib

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.Deputat qeyd edib ki, bu oyunların ləğv olunması çox vacibdir: “Bir vaxtlar Heydər Əliyev çox yaxşı ki, Azərbaycanda kazinoları yığışdırtdırdı. O, bu addımı ilə çox ailəni, çox gənci bu bəladan xilas etdi. İndi isə idman mərc oyunları ailələrdə problemlər yaradıb. Nə qədə ailələrin uşaqları bu bəlaya düçar olub”.

Qüdrət Həsənquliyev bu oyunların ləğv edilməsini, bunun əvəzində keçmişdə olduğu kimi "super lotto" kimi oyunların keçirilməsini təklif edib. Deputatın təklifinə reaksiya verən spiker Oqtay Əsədov da onunla razı olduğunu bildirib .