BolgeXeber.Com » Gündəm » Etibar Hüseynov Oqtay Əsədovu kövrəldən çıxışında nə demişdi? (TAM VİDEO)

Etibar Hüseynov Oqtay Əsədovu kövrəldən çıxışında nə demişdi? (TAM VİDEO)

4-02-2015, 10:00
Oxunub: 4 265 Milli Məclisin üzvü Etibar Hüseynovun parlamentin ötən günkü iclasındakı çıxışı spiker Oqtay Əsədovun narazılığı ilə qarşılanmışdı. Musavat.com xəbər verir ki, Etibar Hüseynov Azərbaycanda polis əməkdaşlarının son vaxtlar təzyiqə məruz qaldığını bildirərək onların səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb və bunu təklif edib.

O. Əsədov deputatın təklifinə belə cavab verib: “Etibar Hüseynov, sən elə danışdın ki, məni ağlamaq tutdu. Bizim polisə nə olub ki? Polisimiz necə lazımdır, yüksək səviyyədə işləyir və vəziyyətləri də yaxşıdır”.

Etibar Hüseynov bu gün çıxışının videosunu yayıb. Maraqlı olduğunu nəzərə alaraq, videonu təqdim edirik.