BolgeXeber.Com » Gündəm » Ağstafadan açıqlama gəldi

Ağstafadan açıqlama gəldi

4-02-2015, 16:00
Oxunub: 4 599 Məhərrəm Quliyev: «Faiq Quliyevin belə bir açıqlama yayması yalandır»

Ramiz Tatarov: «Belə bir məlumatı Faiq Quliyev verməyib» Bolgexeber.com bildirir ki, bu gün Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin yaxın qohumu Faiq Quliyevin adından jam.az-a müraciət ünvanlanıb. Qeyd edək ki, həmin müraciətdə rayon sakinləri təhqir olunmuşdu. Bununla bağlı redaksiyamızla əlaqə saxlayan rayon icra başçısının müavini Ramiz Tatarov bildirib ki, Ağstafa icra başçısının Faiq Quliyev adlı köməkçisi yoxdur, amma qohumu var. «Belə bir məlumatı Faiq Quliyev verməyib. Bu məlumatı yayanlar məqsədli şəkildə rayonu qarışdırmaq istəyən qüvvələrdir. Biz bu məsələni mətbuatla birlikdə araşdırılmasını istəyirik. Və xahiş edirik ki, bu məsələdə bizə yardımçı olasınız».

Qeyd edək ki, məsələ ilə bağlı icra başçısı Məhərrəm Quliyev də Bolgexeber.com-a da açıqlama verib. O deyib ki, Faiq Quliyev adlı əmisi oğlu var, lakin o, rayonda bağban işləyir. «Onun belə bir açıqlama yayması yalandır. Bu məlumatı yayanların kimliyini dəqiqləşdirmək üçün lazımi tədbirlər görülür. Ağstafa camaatı mehriban, sakit, qonaqpərvər və yüksək mədəniyyətli insanlardır».
Bolgexeber.com