BolgeXeber.Com » Gündəm » Lənkəranda seçicilər Hadı Rəcəbliyə “yox” dedilər-VİDEO

Lənkəranda seçicilər Hadı Rəcəbliyə “yox” dedilər-VİDEO

24-08-2015, 10:26
Oxunub: 4 946 Lənkəranda seçicilər Hadı Rəcəbliyə “yox” dedilər-VİDEOBir müddət öncə bizim “ Deputat və Seçici” adlı layihəmizdə Hadı Rəcəbli ilə bağlı aparılan sorğu da narazılıqla qarşılanmışdı

Bu il Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə baş verəcək. Milli Məclisə V çağırış seçkilər keçiriləcək. Hər seçki qabağı olduğu kimi , bu dəfə də bəzi millət vəkilləri öz seçicilərinə vədlər verib , arzuladığı postu qazandıqdan sonra isə onları unudacaqlar. Seçicilərin rəğbətini qazanmaq üçün vədlər verib, daha sonra başı öz işlərinə qarışan belə millət vəkillərindən biri də 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə seçilən Hadı Rəcəblidir. Lənkəranda çəkiliş aparan zaman əməkdaşlarımızla söhbətləşən sakinlər millət vəkilinin 5 il öncə verdiyi vədlərdən , onlara qarşı laqeydliyindən və unudulduqlarından söz açıblar.
BTV bildirir ki,sakinlər “Hadı Rəcəblini son dəfə nə vaxt görmüsünüz? ” sualını eşidəndə isə xeyli düşünməli oldular. İstisu qəsəbəsindəki həkim məntəqəsi, kəndin bərbad vəziyyətdə olan yolları sakinlərin söylədiklərinin əyani sübutudur. Maraqlıdır , bəs bu seçkilərdə Hadı Rəcəbli seçicilərinə hansı vədlər verəcək. Ancaq millət vəkili onu da nəzərə almalıdır ki ,seçicilər artıq ona “ YOX ” deyir. Onu da qeyd edək ki , millət vəkili mediada gedən tənqidi yazılara qarşı da dözümsüzlük nümayiş etdirir. Bir müddət öncə bizim “ Deputat və Seçici” adlı layihəmizdə Hadı Rəcəbli ilə bağlı aparılan sorğu da narazılıqla qarşılanmışdı. Millət vəkilinin köməkçisi Rüstəm bəy bizim çəkilişə etiraz edərək , sorğu apardığımız ərazinin onların dairəsi olmadığını bildirmişdi. Görəsən ,Rüstəm bəy bu dəfə nə kimi səbəb və ya bəhanələr gətirəcək.
İstənilən halda , millət vəkilini dinləyib, münasibətini işıqlandırmağa hazırıq.
Bolgexeber.com