BolgeXeber.Com » Gündəm » Oqtay Şirəliyevin görmədikləri- Qobustanda

Oqtay Şirəliyevin görmədikləri- Qobustanda

22-08-2015, 12:29
Oxunub: 954 Oqtay Şirəliyevin görmədikləri- QobustandaQəsəbə sakinləri ərazidə yerləşən və Hindistan polisləri kimi həmişə iş-işdən keçəndən sonra özünü yetirən təcili tibbi yardım xidmətindən narazılıq edirlər

Hər kəsə məlumdur ki , ölkədə səhiyyənin durumu, tibbi xidmətin keyfiyyəti heç də ürəkaçan deyil. Bəzi xəstəxanalar xəstəni xəstə olduğuna peşman edirlər və onları xəstənin sağlamlığı deyil daha çox cibi maraqlandırır.Təcili tibbi yardım xidmətindən isə söz açmağa belə dəyməz. Əgər halın pisləşdisə təcilə yardımın gəlməyinə ümid etmə, ayağını uzat və əcəlini gözlə... Bolgexeber.com bildirir ki, Qaradağ rayonu Qobustan qəsəbə sakinləri də xəstəlkənməkdən “ qorxan”lardandır. Səbəb isə bu qəsəbədə təcili tibbi yardım xidmətinin yox dərəcəsində olmasıdır. Qəsəbə sakinləri ərazidə yerləşən və Hindistan polisləri kimi həmişə iş-işdən keçəndən sonra özünü yetirən təcili tibbi yardım xidmətindən narazılıq edirlər. Onların sözlərinə görə, çox sayda əhalisi olan qəsəbənin tibb məntəqəsində yalnız 1 həkim var. Bu isə Qobustan qəsəbəsindəki tibb məntəqəsində tibbi xidmət keyfiyyətinin, ümumiyyətlə, vəziyyətin hansı yerdə olmasından xəbər verir. Belə olan halda bu qəsəbənin sakinlərinə yalnız sağlamlıq arzulamaq olar. Buradakı təcili yardımın ümidinə qalsalar sonluğun necə olacağını dilə gətirməyə dəyməz. Ümid edək ki , səhiyyə nazirinin Qobustan əhlinə rəhmi gələr və onların dərdinə bir çarə tapar.
Bolgexeber.com