BolgeXeber.Com » Gündəm » Polis rəisi basqınçılardan niyə qorxub?

Polis rəisi basqınçılardan niyə qorxub?

25-06-2013, 15:25
Oxunub: 4 120 Ramil Usubova müraciət ünvanlandı

Bakıda Puşkin və Dilarə Əliyeva küçələrinin kəsişməsində paytaxt sakini Ramin Macanovun idarə etdiyi avtomobildə 4 nəfərin basqınına məruz qalaraq, soyulması ilə bağlı mia.az vasitəsiylə daxili işlər naziri Ramil Usubova ünvanladığı şikayətlə bağlı baş verənlər heyrət doğurur.

Ramin Macanov şikayətlərindən sonra onu qəbul edən polis rəsi və digər vəzifəli şəxslərlə bağlı olduqca maraq doğuran faktlar açıqlayıb. Onun müraciətini olduğu kimi təqdim edirik:

"Yazib sizə bildirmək istəyirəm ki, 04.05.2013 cu il tarixində saat 19:00 radələrində mənim 90-RM-434 dövlət nömrə nişanlı mashinima 4 nəfər şəxs basqın edərək maşınımdan 70 manat pul və sənədlərimi götürərək hadisə yerindən uzaqlaşmışdılar.Bu barədə mən 102 xidmətinə müraciət etdim, polis əməkdaşları gəlib maşınıma baxış keçirəndən sonra məni Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə apardılar. Mən orada hadisəni olduğu kimi polis əməkdaşlarına bildirdim. 15 günə yaxın zaman keçdikdən sonra polis əməkdaşı mənə bildirdi ki, artıq sənin işinə istintaq şöbəsi baxmalıdır və başqa məlumat verilmədi. Mən dəfələrlə 102 xidmətinə müraciət etmişəm. Məni Nəsimi rayon polis idarəsinə dəvət etdilər, mən ora gedib polis rəsi cənab Musa Musayevin qəbuluna düşdüm. Musa müəllim mənə təmkinlə qulaq asaraq, kömək edəcəyini bildirdi və "cinayətkarlar öz cəzalarını Azərbaycan Respublikası qanunu qarşısında alacaqlar", - deyə, vəd etdi. Bu barədə Musa müəllimə öz təşəkkürümü bildirirəm. Lakin mən 24.06.2013 il tarixində Nəsimi Polis İdarəsinə muraciət etdiyim zaman mənə rəsmi məlumat verildi ki ,mənim işimi Nəqliyyat Departamentinə göndərilib. Mən Nəqliyyat Nazirliyinə yola düşdüm, oradakı işçilər bildirdi ki, sənədlərim mənə ELİT ticaret mərkəzinin yaxınlığında yerləşən "Rafların qarajı" adlanan yerdə təqdim olunacaq. Mən, ora getdim, orda olan bölmə rəisi Kamran Dəmirova yaxınlaşdım, o, mənə şikayətimi götürməsəm, sənədlərimi qaytarmayacağını söylədi. Mən fikirləşirəm ki, Nəqliyyat Nazirliyi bu işlə bağlı öz əməkdaşlarına (xuliqan, oğru əməkdaşlarına) hansı cəza tədbiri görəcəklər və buna səlahiyyətləri çatırmı?!

Mən üzümü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva, nazir cənab Ramil Usubova və nazir cənab Eldar Mahmudova tutub, xahiş edirəm ki, bu məsələ ilə bağlı mənə kömək edəsiniz. Sizdən xahiş edirəm ki, Məhkəməyə təqdim etmək üçün Puşkin və Dilarə Əliyeva küçəsinin kəsişməsində yerləşən kameraların 04.05.13 cü il saat 19:00 radələrindən 23:00-dək olan görüntüləri mənə göndərəsiniz. Əvəlcədən öz minnətdarlığımı bildirirəm".