BolgeXeber.Com » Gündəm » Yadigar Sadıqov həbs olundu

Yadigar Sadıqov həbs olundu

27-06-2013, 16:45
Oxunub: 4 043 Müsavat başqanının Lənkərandakı müşaviri Yadigar Sadıqov bu saatlarda evindən Rayon Polis Şöbəsinə aparılıb. Bu barədə Y.Sadıqov polisə getməzdən bir neçə dəqiqə əvvəl əməkdaşımıza məlumat verib.
Y.Sadıqov deyib ki, II qrup Qarabağ əlilinin vasitəsi ilə onu şərləyib həbs etmək istəyirlər."Bu yerli hakimiyyətin təşəbbüsüdür. Yuxarının göstərişi olsaydı, artıq həbs olunardım. Yerli hakimiyyətin çoxdan ürəyindən keçir məni şərləmək. Ola bilsin, Bakıdan razılıq ala bilməyiblər. Və bu hadisəni törətməklə Bakını fakt qarşısında qoymaq istəyirlər. Həmin Qarabağ əlilini isə bu məsələyə qədər heç vaxt tanımamışam. Açıq-aşkar şər-böhtandır".
Saat 17-yə olan məlumata görə, polis şöbəsində 6 saatlıq dindirmədən, ləngidilmədən sonra Yadigar Sadıqov azadlığa buraxılmayıb və onun barəsində saxlanılma qərarı çıxarılıb. Y.Sadıqovun barəsində həbs qətimkan tədbiri seçilib-seçilməyəcəyinə isə yaxın günlərdə məhkəmədə baxılacaq.