28 iyunun astroloji proqnozu
28-06-2013, 08:35
Oxunub: 5 103
QOÇ - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Vaxt tapıb müqəddəs yerləri ziyarət edin.
BUĞA - İyun ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Yeni təkliflər də mümkündür.
ƏKİZLƏR – Yaxşı olar ki, bu təqvimin əsas vaxtını istirahətdə keçirəsiniz. Çox da uzaq olmayan ünvanlara səfər etməyiniz də yaxşı olar. Yeni işlərə başlamaqsa hələ tezdir. Nahardan sonra pul gözlənilir.
XƏRÇƏNG - Ailədə və sevgi münasibətlərində vəziyyət xeyrinizə olduğundan əsas üstünlüyü bu istiqamətə yönəltməlisiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.
ŞİR - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətinizi göstərin. Qidanıza fikir verin.
QIZ - Saat 17-yə qədər riskli planlarınızı reallaşdırmağa çalışın. Qalan müddət isə bu baxımdan səmərəli deyil. Qohum-əqraba ilə əlaqə saxlamaq, görüşmək üçün bu təqvimin böyük əhəmiyyəti var.
TƏRƏZİ - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra isə maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
ƏQRƏB - Ümumi məziyyətlərinə görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yersiz mübahisələrə baş qoşmayın.
OXATAN - Yalnız sövdələşmələr üçün münasib vaxtdır. Amma bu tövsiyələrə günün ikinci yarısında əməl etməlisiniz. Hər hansı fiziki işlərə başlamaq, səfərə çıxmaq isə yolverilməzdir.
OĞLAQ - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra biləsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
SUTÖKƏN - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın vaxtlarda bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.
BALIQLAR - Mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Yaşca sizdən kiçiklərə qayğı göstərin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər