AZAL bu şəxslərə güzəşt edəcək - Biletlər ucuzlaşacaq
25-10-2023, 09:50
Oxunub: 4 856
“AZAL-ın birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevın dəvəti ilə ofisində görüşdüm. Bu günə qədər AZAL-la bağlı publik səsləndirdiyim tənqidi məqamları, cəmiyyətdə yaranmış fikirləri Samir müəllimə dedim”.
Bolgə.TV xəbər verir ki, bunu tanınmış iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, AZAL rəhbəri qiymətlərin baha olması ilə bağlı tənqidləri də qəbul edib. Həmçinin o, tələbələrə güzəştli biletlərin satılması ilə bağlı işlərin görüldüyünü bildirib:
“Haqlı tənqidləri qəbul etdi, bəzi mözvulara aydınlıq gətirdi – məsələn, mənim də ən çox tənqid etdiyim məqamlardan biri regionlarda olan hava limanlarının boş qalması, AZAL-ın bu limanlardan effektiv istifadə etməməsidir ki, bu da AZAL-a əlavə xərc və yük gətirir. Hörmətli Samir müəllim dedi ki, bütün hava limanları ilə bağlı, hətta simvolik icarə haqqına razı olmaqla xarici şirkətlərə müraciət olunub, danışıqlar gedir. Yəni, bu məsələdə AZAL-ın indiki rəhbərliyi danışıqlara da, qərar verməyə də hazırdır. Ən vacib məsələ, qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi”.
N.Cəfərli bildirib ki, dövlət orqanlarının və şirkətlərinin tənqidi çıxışlara belə dəvətlərlə reaksiya verməsi pozitivdir, təqdir olunası məqamdır:
“Sonda Samir müəllim AZAL-da İctimai Şura yaradılacağını, bu qurumun AZAL-ın şəffaf işləməsinə, siyasətinə təsir edəcəyini də söylədi və məni də bu qurumun işində iştirak etməyə dəvət etdi. Mən öz adıma deyə bilərəm ki, cəmiyyət, ictimaiyyət üçün pozitiv dəyişikliklərə dəstək verməyə həmişə hazıram. Mərkəzi Bankdan sonra AZAL rəhbərinin də belə görüşlər keçirməsi yaxşıdır – təki bu müzakirələr ölkədə dəyişikliklərə, ciddi qərarlara səbəb olsun”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər