BolgeXeber.Com » Analitika » Əhməd Əhmədzadəninin büdcəni taladığı idarələr

Əhməd Əhmədzadəninin büdcəni taladığı idarələr

30-01-2014, 10:35
Oxunub: 4 740 ASC-də yeyinti halları mövcud deyilsə, o zaman bu qurumun yerli idarə müdirlərinin dəbdəbəli həyat şəraiti və milyonları hardandır?

Ən kiçik rayon olan Oğuz və Xocavənd rayonlarının idarə müdirlərinin istifadə etdikləri şəxsi aftomobillərinin qiyməti 60 min manatdan bahadır; adı bizim olub özü düşmənin olan Kəlbəcər rayon Su İstismar İdarəsinin müdirinin belə dəbdəbəli həyat şəraiti var…

Bir müddət əvvəl Meliorasiya və Su təsərrüfatı ASC-nin nəzdində fəaliyyət göstərən idarə və qurumlarda baş verən korrupsiya halları ilə bağlı məlumat vermişdik. Qeyd edək ki, adı çəkilən qurumun sədri Əhməd Əhmədzadə 20 ilə yaxındır ASC-də rəhbər vəzifədə işləyir və baş verən çoxsaylı maliyyə maxinasaiyalarının ASC sədrinin xəbərsiz olması imkansızdır. Adı çəkilən quruma il ərzində dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır və bu vəsaitlər Meliorasiya və Su təsərrüfatı ASC-nin yerli idarələri tərəfindən mənimsənilir.

Ola bilər Meliorasiya və Su Təsərrüfatı ASC bu yazdıqlarımızı təkzib edib deyərlər ki, qurumda hər şey şəffafdır heç bir korupsiya həyata keçirilmir. Əgər həqiqiətəndə ASC-də yeyinti halları mövcud deyilsə o zaman bu qurumun yerli idarə müdirlərinin dəbdəbəli həyat şəraiti və milyonları hardandır. Ən kiçik rayon olan Oğuz və Xocavənd rayonlarının idarə müdirlərinin istifadə etdikləri şəxsi aftomobillərinin qiyməti 60 min manatdan bahadır. Hətta adı bizim olub özü düşmənin olan Kəlbəcər rayon Su İstismar İdarəsinin müdirinin belə dəbdəbəli həyat şəraiti var.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarə müdirlərinin sərvətini gördükdən sonar əmin ola bilərik ki, adı çəkilən qurum həqiqətəndə korrupsiya dənizində üzür və bu qurumda çalışan məmurlar dövlətin milyonlarını şəxsi həyatlarının rifahı üçün istidfadə edirlər.

Araşdırmalarda məlum olub ki, Meliorasiya və Su Təsrrüfatı ASC-nin Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismar İdarəsi, Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sisitemləri İstismarı İdarəsi, Mərkəzi Muğan Qış Otlaqlarının Su təminatı İstismarı İdarəsi, Boz Dağ Qış Otlaqlarının Su təminatı Sistemləri İstismarı İdarəsi, Pirəzə Mexaniki Suvarma İdarəsi, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsi və Yuxarı Şirvan Kanal istismar İdarələrinə ötən il üst-üstə 5 milyon manatdan çox vəsait ayrılıb. Bu vəsaitlər isə nasoslar üçün mexaniki avadanlıqların, maşınların və digər texnikaların ehtiyyat hissələrinin, tikinti üçün mal matrealların alınmasına xərclənib.

Yuxarıda adlarnını qeyd etdiyimiz idarələrə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı apardığımız araşdırmalarda məlum oldu ki, ayrılan vəsaitlər həmin qurumların müdirləri tərfindən ustalıqla sənədləşdirilərək mənimsənilib.

Məsələn Ceyrançöl Qış Otlaqlarının Su təminatı Sisitemləri İdarəsinnin müdiri Nizami Vəliyev rəhbərlik etdiyi idarəyə ayrılan 1 milyona manat yaxın vəsaitin yarsından çoxunu mənimsədiyi iddia olunur. İdarə müdirinin bu qazancından ASC-nin rəhbərliyinədə faiz verdiyi qeyd olunur.

Eyni zamanda Mərkəzi Qış Otlaqlarının Su Təminatı Sisitemlərinin İstismarı İdarəsinin müdiri Allahverdi Əliyev, Boz Dağ Qış otlaqlarının Su Təminatı Sisitmeləri İstismar İdarəsinin müdiri Əli Əliyev, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri İlyas Səfərov və Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının İstismar İdarəsinin müdiri Əhliman Kərimovu da bu siyahıya əlavə etmək olar.

Redaksiyamıza daxil olan məlumatda göstərilir ki, Meliorsaiya və Su Təsərrüfatı ASC-nin «korrupsioner» idarələrindən biridə məhz kollektorların istismar idarələridir. Mil Qarabağ və Yuxarı Şirvan Kollektorlarının İstismar idarəsinin müdiri Əhliman Kərimov rəhbərlik etdiyi qurumda böyük maxinasiyalar həyata keçirir. Belə ki, təkcə 2012-2013-cü illərdə bu idarəyə ayrılan 1,5 milyon manat yaxın vəsait kollektorların təmizlənməsi adı altında yoxa çıxıb. Amma həmin kollektorlarda heç bir əsaslı işlər həyata keçirilməyib.

Daxil olan məlumatda qeyd olunur ki, ölkənin kənd təsərrüfatının ən böyük problemlərindən biri məhz drenlərin, kolektorların təmizlənməməsidir. Əhliman Kərimovda idarəsində olan bir neçə texnikanın köməyi ilə balansında olan kolektorları “kosmetik” təmizlətdirərək forma 2 adı altında ayrılan vəsaitlərin böyük hissəsini mənimsədiyi bildirilir.

Bildirilir ki, yuxarıda qeyd olunan idarə müdirlərinin hər biri dövlətin milyonlarla vəsaitlərini mənimsəyərək özlərinə böyük sərvət əldə ediblər. Xatırladaq ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarə müdirlərinin əldə etdiyi qazanclarla bağlı redaksiyamıza göndərilən məlumatlar araşdırılır və növbəti saylarımızda oxucularımıza təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin və qurumların mövqelərini dərc etməyə hazırıq…

pia.az