BolgeXeber.Com » Analitika » Qobustanda poliklikanı “bülleten” bazarına çevirən baş həkim kimdir?

Qobustanda poliklikanı “bülleten” bazarına çevirən baş həkim kimdir?

18-04-2014, 13:50
Oxunub: 6 273 Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 17 saylı poliklinikada sözün əsl mənasında tibbi xidmətdən başqa bütün “xidmətlər” göstərilir

17 saylı polinklinika haqqında eşitdiklərimiz bizi müəyyən araşdırma məcbur etdi və şok yaradan faktların şahidi olduq.
Belə ki, poliklinakanın baş həkimi Elmira adlı bir xanımdır. Deyilənə görə, bu xanım uzun illərdir ki, poliklinikaya rəhbərlik edir və bu vaxta kimi etdiyi qanunsuzluqlara görə də heç kim ona güldən ağır söz deməyib.
Bolgexeber.com bildirir ki, Qobustan qəsəbəsində yerləşən 321, 195, 223 saylı orta məktəbin müəllimləri məhz Elmira xanımın “imzası” ilə hər ay istirahət etməli olur. Bəs necə?
Əldə etdiyimiz informasiyaya görə, adıçəkilən məktəbin müəllimləri 30-40 manat pulun müqabilində poliklinakanın baş həkimi Elmira xanımdan “bülleten” (xəstəlik vərəqəsi) alırlar. Heç bir xəstəliyi olmadan hər müəllim ayda bir dəfə 1 həftəlik bülletenə çıxır.
Bolgexeber.com –a verilən məlumatda həmçinin bildirilir ki, poliklinikada vətəndaşlara pulsuz verilməli olan dərmanlar pulla satılır. Həmçinin, adi bir iynə 10 manata vətəndaşlara vururlur.
Elə poliklinikanın əməkdaşlarından birinin verdiyi məlumata görə, orada “bülleten” alveri gedir: “Təkcə məktəb müəllimləri yox, digər idarələrin, təşkilatların işçiləri də 30-40 manat pul verib, 1 həftəlik bülleten alırlar. Halbuki, heç bir xəstəlikləri olmur. İndi 5 manata verilir bülleten, bu Elmira xanımın tapşırığıdır”.
Ortaya başqa bir fakta da çıxdı. Aydın oldu ki, Elmira xanımın etdiyi özbaşınalıqlar barədə yuxarılara dəfələrlə məlumat verilib. Amma ona qarşı heç bir tədbir görülməyib. Elə onun özü də öz işçilərinə də, vətəndaşlara da, dəfələrlə “kimə deyirsinizsə, deyin, mənim hər yerdə adamım var” deyib. Hətta, bir neçə il bundan əvvəl, Qobustan qəsəbə nümayəndəsi onun haqqında müvafiq qurumlara məlumat versə də, şikayət etsə də, sonda ərazi nümayəndəsi olan Tofiq adlı şəxs öz işini itirməli olub.
Bu xanımın, kimə və nəyə arxayın olaraq qanunları tapdalaması haqqında araşdırmamızı davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com