Valideyn olmaq istəyənlər icazə alacaq
2-05-2014, 05:50
Oxunub: 5 046

Azərbaycanda nikahda olan şəxslərdən biri özünü nəsil artırmaq qabiliyyətindən məhrum etmək istədikdə bunun üçün qarşı tərəfin razılığını almalı olacaq. Milli Məclisdən bildirilib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində nəzərdə tutulub.
Layihəyə görə, nikah yaşına çatmış şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq üçün tibbi sterilizasiyadan (insanı nəsil artımı vermək qabiliyyətindən məhrum etmək, yaxud qadını hamiləlikdən qorumaq məqsədilə tətbiq edilən cərrahi metod) könüllü istifadə edə bilərlər. Lakin nikahda olan şəxs yalnız ərinin, yaxud arvadının razılığı olduqda tibbi sterilizasiya oluna bilər.
Eyni zamanda, tibb müəssisəsi nəsil artımı vermək qabiliyyətindən məhrum olmaq üçün müraciət edən şəxsi tibbi sterilizasiyasının dönməzliyi ilə bağlı məlumatlandırmalıdır.
Qeyd edək ki, hazırda "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilir. Bu layihənin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər