6 aydır komada olan jurnalist dünyasını dəyişdi
8-05-2014, 12:10
Oxunub: 5 914
Ötən il noyabrın 1-də maşın vurması nəticəsində komaya düşən Avropa.info-nun əməkdaşı Sahib İslamov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu haqda Sahib İslamovun qardaşı xəbər verib.
Qeyd edək ki, ağır yol qəzası keçirən Sahib İslamov 6 ay idi ki, komadaydı. Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırıb.
S.İslamov ağır müştərək qapalı beyin travması, baş beynin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin son rəyi nəticəsində bəlli olmuşdu ki, Sahib İslamovun beyin hüceyrələri ölüb və dünyanın heç bir yerində bu xəstəliyin müalicəsi yoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər