BolgeXeber.Com » Analitika » Savadsız diplomlular

Savadsız diplomlular

8-05-2014, 13:00
Oxunub: 8 765 Keçmişdə universitet bitirmək çoxlarının arzusu olsa da bu hər kəsə nəsib olmurdu

Ali məktəb bitirənlərə isə böyük hörmət və rəğbət var idi. Çünki onların əksəriyyəti həqiqətən savadlı olurdu. Ancaq 21-ci əsrdə bu adi bir hala çevirilib. Biliyi olanda olmayanda ali məktəb bitirir,əlinə diplom alır. Kimisi atasının pulu bahasına,kimisi qohum,tanışla,kimisi “hörmətlə” buna nail olur.Ən təəccüblüsü də odur ki,bügün 11 illik orta məktəbi güc, bəlayla, sürünə-sürünə bitirənlərin səsi səhər yüksək universitetlərdən gəlir. Necə deyərlər adamın əli üzündə qalır. Öz-özünə deyirsən “O,iki cümləni yan-yana qoşub deyə bilmirdi,necə oldu ali məktəbə qəbul oldu?”... O qədər dar düşüncəli gənclərimiz var ki, elə bilirlər univeristetə qəbul oldu,bununlada iş bitdi. Ayda ildə bir yol universitetə gedə, getməyə. Heç xəbəridə yoxdur ki, hansı dərslər keçilir, pulun verdi qiymətini aldı, imtahanını verdi vəssalam, sən yoluna mən yoluma... Ən dəhşətlisi isə saxta diplomla univeristet bitirənlərdir. Hansı ki, son zamanlar saxta diplom alqı-satqısını özü üçün biznes edən Azərbaycan Müəllimlər İnsitutunun adı bu məsələdə daha çox hallanır. Ali məktəbin qapısını belə tanımayan biri gedib, 3000-5000 verib diplom alır, başlayır özü üçün işləməyə... Dinib, danışanda da adamı borclu çıxarır ki, “mənə ilişməyin,əlimdə diplomum var”.
Hər şey bir yana fikirləşəndə ki,həmin əli diplomlu “savadlı” sabah bitirdiyi fakültə üzrə işləyəcək, bax əsl faciə onda başlayır. Axı binəva nə bilir ki,nə də işləyə... Təsəsvvür edin tələbə müəllimlik fakültəsini bitirib ancaq bu ixtisasa dair qandığı bir qrafa da yoxdur. Bu zaman onun dərs deyəcəyi uşaqlara sözün əsl mənasında adamın ürəyi ağrıyır. Bununla da o, gələcək nəsili məhv etmiş olur. Hələ Tibb Univeristetini bitirib, ustalığı hansısa yazığın üstündə öyrənənlərə nə deyəsən... Hansı ki, çox xəstələr məhz elə bu cür həkim səhvinə görə qurban gedir.
Göründüyü kimi təhsilimiz daha çox İran bazarına oxşayır. Əməlli-başlı alver gedir. Elə bu yerdə yadıma bir lətifə düşdü: “Bərbər müştərisinin saçını yaxşı qırxmadığı üçün,onun başına tüpürür. Müştəri soruşanda ki, niyə belə edirsən? Deyir qardaş vallah mən sənin başına yox, öz gördüyüm işin içinə tüpürürəm” İndi nə başınızı ağrıdım belə getsə deyəsən hələ öz işinin içinə tüpürənlərin sayı çox olacaq!
Aytən Yaşar