Vidadi İsgəndərlini telefonla hədələyənlərdən biri tutuldu
13-05-2014, 20:05
Oxunub: 4 465
Həmin şəxsin kimliyi hələlik açıqlanmır.
Mayın 12-də Vidadi İsgəndərlini telefonla hədələyən şəxslərdən biri artıq saxlanıb. Bu haqda V.İsgəndərli bilgi verib: “Bu şəxsin kimliyi artıq mənə bəlli deyil. Ancaq mənə Daxili İşlər Nazirliyindən zəng vurub dedilər ki, şikayətiniz əsasında artıq bir nəfər tutulub, əgər bu işin arxasında başqa şəxslər də varsa, onlar da qanun qarşısında cavab verəcəklər”.
Yada salaq ki, mayın 12-də Vidadi İsgəndərlinin telefonuna bilinməyən nömrədən zəng edən şəxs “sənə demişdik ki, Ziya Məmmədovun adını çəkmə, düş aşağı, bax, başına nə oyun açacağıq”, sözləri ilə onu təhdid etmişdi. “Yeni Müsavat”a açıqlamasında insan haqları müdafiəçisi demişdi ki, həmin vaxt yaşadığı binanın həyətində tanımadığı 7-8 nəfərin olduğunu görüb. O, bu məsələdə nəqliyyat naziri Ziya Məmmədovun qanunsuz silahlı birləşmələrindən şübhələndiyini demişdi.
V.İsgəndərli dərhal olayı polisə şikayət etmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər