Bakıda iki qardaşın arvad davası
13-05-2014, 21:45
Oxunub: 5 750
Qardaşının arvadı ilə mübahisəsinə müdaxilə etməsi Səyavuşun xoşuna gəlməyib və bıçağı onun gicgahına sancıb.
Bakıda qardaşa atılan bıçaq onun gicgahına sancılıb. İki gün əvvəl Binəqədi rayonu ərazisində baş vermiş qardaş davasının təfərrüatları məlum olub.
Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, mayın 11-də Biləcəri qəsəbəsi, Füzuli küçəsində yaşayan 29 yaşlı Siyavuş İbrahimov özündən 3 yaş böyük qardaşı Rəşadın qanını axıdıb.
Polis nəzarətinə götürülən S.İbrahimov ifadəsində deyib ki, arvadı ilə dava edirmiş, bu zaman Rəşad müdaxilə edib. Qardaşının arvadı ilə mübahisəsinə müdaxilə etməsi onun xoşuna gəlməyib. Elə stolun üzərində olan bıçağı ona atıb, bıçaq da onun gicgahına sancılıb.
Bununla da hirsi soyumayan Siyavuş bıçağı yenidən götürərək Rəşadın qarnına zərbə vurub. Sonra isə birgə taksi fəaliyyəti ilə məşğul olduqları “Mercedes”lə xəstəxanaya çatdırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər