Rafiq Tağının qətli üzrə aparılan istintaq dayandırıldı
15-05-2014, 14:20
Oxunub: 5 278
Bakı Apellyasiya Məhkəməsi yazıçı-publisist Rafiq Tağının qətli üzrə aparılan istintaqın dayandırılması qərarından şikayəti təmin etməyib.
Məlumatı “Media forum” saytına vəkil Elçin Sadıqov verib. Vəkil qeyd edib ki, istintaqın dayandırılmasının əsassız və yolverilməz olduğunu təsdiqləyən ciddi arqumentlər göstərmələrinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Elçin Sadıqov bildirib ki, Rafiq Tağının qətlinin üstünün açılmamasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəklər: “Şikayət hazırdır, Bakı Apellyasiya Məhkəməsinin qərarını alan kimi göndərəcəyik. Ümidimiz yalnız Avropa Məhkəməsinədir”.
Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb və aldığı xəsarətlərdən noyabrın 23-də vəfat edib. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də cinayət işi üzrə icraatı dayandırıb. İstintaqın dayandırılması qərarından Nəsimi Rayon Məhkəməsinə verilən şikayət təmin olunmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər