Gəncədəki “DİN zabiti”nin dostu baş redaktora hədə-qorxu gəlib-AUDİO
26-05-2014, 10:50
Oxunub: 5 453
“DİN zabiti”nin dostu Cənnət Əliyevin hədə-qorxusu: “Mən sizi harda olsanız tapacam…məni vadar eləməyin”
Qısa xatırlatma üçün bildirək ki, bir müddət əvvəl Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) daxil olan məlumatlar əsasında Gəncə Şəhər Dövlət Yol Polis Şöbəsində baş verən qanunsuzluqlardan bəhs edən yazı dərc etmişdik. Məlumatdan bəlli olurdu ki, Gəncədə avtoxuliqanlıq etmək üçün avtoşların 250 manat ödəməsi kifayətdir və avtoşlardan pul yığmaq məsələsinə Gəncə DYPŞ-nin rəis müavini Ramin Şabanovun sürücüsü Anar Abdullayev baxır.
Yuxarıda qısa xatırlatma verdiyimiz yazının dərcindən sonra redaksiyamıza telefon açaraq özünü gah Gəncə ŞBPİ-nin əməliyyatçısı, gah da Daxili İşlər Nazirliyinin Gəncəyə ezam olunan zabiti kimi təqdim edən Rəşad adlı şəxs bizdən tələb edirdi ki, “dostum Anarla bağlı yazını silin”.
Biz Rəşadın soyadı ilə maraqlananda isə “qoy sirr kimi qalsın” cavabını verdi. Biz onun cavabından şübhələndiyimiz üçün özümüz araşdırma apardıq. Və məlum oldu ki, özünü DİN-in zabiti kimi təqdim edən, soyadını gizlədən şəxs Gəncə şəhərində “Siqnalizasiya və kamera quraşdırma” işi ilə məşğul olan Rəşad Aydın oğlu Həqqidir....
Biz bu barədə ötən yazımızda bəhs edərək, DİN-in rəhbərliyindən bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdik. DİN “öz zabitinin” məsələsinə aydınlıq gətirməmiş bu dəfə Rəşad Həqqinin dostu kimi özünü təqdim edən Cənnət adlı şəxs redaksiyamıza zəng elədi. Əvvəlcə özünü “Yeni səhər” qəzetinin təsisçisi, “kolleqa” kimi təqdim edərək “Azərbaycan kişisi kimi” dedi ki, Rəşadla bağlı yazını “xətm eləyin”. Biz ona başa salmağa çalışdıq ki, kiminsə dövlət orqanlarının, konkret olaraq DİN-in adından danışması cinayətdir. Təkrar zəng vuran Cənnət müəllim bu dəfə hədə-qorxu gəlməyə başladı:” Mən sizi harada olsanız tapacam...Məni vadar eləməyin..”
Sonradan öyrəndik ki, özünü Cənnət müəllim kimi təqdim edən şəxs Cənnət Əliyevdir.
Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az ) olaraq müvafiq dövlət qurumlarından xahiş edirik ki, özünü DİN-in zabiti kimi təqdim edən Rəşad Həqqi və onun dostu Cənnət Əliyev barəsində tədbir görsünlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər