BolgeXeber.Com » Analitika » SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəsi kimə arxayındır?

SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəsi kimə arxayındır?

27-05-2014, 12:45
Oxunub: 9 958 Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə şöbə rəisi Valeh Nəcəfov öz bildiyini etməkdə davam edir

Belə ki,bir müddət öncə Bölgexeber.com saytına şikayət ərizəsi ilə müraciət edən Cəlilabad rayon Göytəpə şəhər sakini Musayev Rövşən Aydın oğlu qardaşı Musazadə Həsən Aydın oğlunun 04.29.2014-ci il tarixdən Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış şöbəsinin həkim komissiyası tərəfindən sağlam diaqnozu qoyularaq, Bakı şəhər FHN-nin tabeçiliyində olan 9921-N saylı həqiqi hərbi xidmətə yollanması haqqında məlumat vermişdir. Şikayətçi müraciətində bildirmişdi ki , “ Hərbi hissənin daxili həkim komissiyası tərəfindən aparılan tibbi müayinə zamanı, qardaşım əsgər Müsazadə Həsən Aydın oğlunda Hepatit C-virusu aşkar edilmişdir.Məhz bu səbəbdən də qardaşımı geri göndərdilər”.Bu vəziyyət isə Cəlilabad Rayon Hərbi Komissarlığının heç də ürəyindən olmayıb.Ona görə də Şöbə rəisi FHN-nin qərarını tanımadığnı bildirərək özü yenidən müayinələr keçirdib və aşkar olunub ki,həqiqətəndə adı çəkilən şəxs Hepatit C virusunun daşıyıcısıdır.Şikayətçi Rövşən Musayev qardaşının müalicəyə ehtiyacı olduğunu və bunun üçün onu İrana aparmalı olduğunu da vurğulamışdı.Lakin bunun üçün xarici pasporta ehtiyac olduğunu və bu pasportu yalnız Hərbi Komissarlıqdan arayış alındıqdan sonra əldə edə biləcəyini də əlavə etmişdir.Hərbi komissarlıq isə bu arayışı verməkdən imtina edib.
Şikayət ərizəsini görən Şöbə rəisi Valeh Nəcəfov vaxt itirmədən şikayətçini yanına çağıraraq ona məcburi sürətdə ərizə yazmağı və şikayətini geri götürməyi tələb edib.Şikayətçi etiraz etdikdə isə ona hədə-qorxu gələrək deyib ki, “Sən heç bilirsən,mən kiməm?Mənim Prezident Admistrasiyasinda və yüksək vəzifələrdə adamlarım var.Ya şikayətini geri götür,ya da özündən küs”.Vəziyyət qarşısında aciz qalan Rövşən Musayev yenidən saytımıza məlumat verərək bildirdi ki, “qardaşım Həsənin də vəziyyəti günü-gündən ağırlaşır.Heç bilmirik,qardaşımın səhhəti ilə maraqlanaq,yoxsa Şöbə rəisinin təhdidlərinə cavab verək.”
Ümumiyyətlə son illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra yetkili şəxslərinin səhlənkarlığı ucbatından Silahlı Qüvvələrdə qeyri-döyüş itkilərinin sayı kəskin artıb.Buna səbəb isə əsgərlərin böyük əksəriyyətinin ordu sıralarına məhz xəstə halda çağırılmasıdır. Əslində xəstəliyə məruz qalmış şəxslər hərbi xidmətə yararsız hesab olunmalıdırlar. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yetkili şəxslərinin səhlənkarlığı ucbatından müxtəlif cür xəstəliyi olan,əsasən də bu cür virus daşıyıcalarını,eləcə də dəri-zöhrəvi, nevroz və vərəm xəstəlikləri olan şəxsləri əsgərliyə aparırlar.Bu da onların xidmət dövründə dünyasını dəyişməsinə səbəb olur. Müdafiə Nazirliyi də Arzu Rəhimovun rəhbərlik etdiyi qurum tərəfindən bu cür halların tez-tez baş verməsini təsdiqləyir. Lakin nədənsə Səfərbərlik Xidmətinin rəhbər şəxsləri hələ də buna görə məsuliyyətə cəlb olunmayıb, onlar barəsində müvafiq ölçü götürülməyib. Görünən odur ki,aidiyyatı orqanlar bu vəziyyətə göz yummaqda davam etsə Hərbi Xidmətdə dünyasını dəyişənlərin sayı hələ çox olacaq.
Bildirək ki,məsələ bağlı Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbə rəisi Valeh Nəcəfov ilə əlaqə saxlamağa çalışsaq da telefonu onun sürücüsü qaldıraraq,cavab verməkdən imtina etdi.Hər halda deyiləcək sözü yoxdur!

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.Com