Mircəfər Bağırovun həbsxana fotosu yayıldı (FOTO)
19-09-2014, 09:00
Oxunub: 5 021
Mircəfər bolşeviklərin əmriylə müsavatçıları və başqa azadlıqsevərləri kütləvi şəkildə məhv edib"
Adam Içində Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırovun həbsxanada çəkilmiş fotosu yayılıb. Ans-in xəbərinə görə, şəkli tarixçi-yazar Ədalət Tahirzadə şəxsi facebook səhifəsində yayıb. Şəkillə yanaşı Mircəfər Bağırov barədə məlumat da paylaşan Ədalət Tahirzadə bu yazını Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Nəbibəyovlar nəslinə ithaf etdiyini bildirib.
“Bu yazımı Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olmuş NƏBİBƏYOVLAR nəslinə ithaf edirəm!
Bu gün AZƏRBAYCAN CƏLLADI Mircəfər Bağırovun ad günüdür. Özünü tanıyandan əlində silah insan öldürməklə məşğul olub. Öncə Əli bəy Zizikskinin müavini kimi Qubada erməniləri və bolşevikləri qırıb, sonra Azərbaycan "ÇK"-sının sədri və daxili işlər komissarı/ naziri kimi bolşeviklərin əmriylə müsavatçıları və başqa azadlıqsevərləri kütləvi şəkildə məhv edib. 1930-da Azərbaycanda baş qaldırmış Şəki üsyanı kimi onlarca xalq etirazını ən amansız şəkildə qan içində boğub. Daha sonra Azərbaycan KP-nin 1-ci katibi işləyərkən 1937-38 və 1947-49-cu illər repressiyalarında Azərbaycan xalqının milli ziyalı elitasını və cəmiyyət içərisində nüfuzu olan bütün şəxslərini Moskvanın göstərişinə uyğun olaraq sistemli şəkildə məhv edib və bunların həlledici qismini ermənilərin əli ilə edib (Yuvelian Sumbatov-Topuridze onun ən sevimli dostu olub). Bütün karyerası boyunca Kremlin ən sədaqətli nökəri vəzifəsini yerinə yetirib. Sonu isə aşağıda gördüyünüz kimidir - on minlərcə yurddaşımızı məhv etdirdiyi zindana özü düşdükdən sonra sındırılmış gözlüyünün yerinə yeni gözlük də vermədilər. Bu, onun zindanda çəkilmiş və indiyədək heç kəsin görmədiyi son şəklidir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər