Metrostansiya, yoxsa zibilxana?
7-11-2014, 13:10
Oxunub: 4 822
Fikirləşmirlər ki, zibillədiyimiz ətrafın havasını özümüz uduruq və bu şəraitdə özümüz yaşayırıq
Bu yaxınlarda "Xalqlar dostluğu" metrostansiyasının ətrafında zibil qutularının düzüldüyünün şahidi olduq. Mənzərə o qədər iyrənc idi ki, təsəvvür edilməsi belə çətindir. Tullantılar qutuların içərisində olsaydı dərd yarı idi. Zibilin çoxu zibil yeşiklərindən daşıb yerə tökülüb. Birinci bizi düşündürən məsələ zibil qutularının məhz ictimai nəqliyyat növü olan metronun yaxınlığına qoyulmasıdır. Metro vətəndaşların hər gün istifadə etdikləri ictimai nəqliyyat növüdür. Hər gün yüzlərlə adam bu nəqliyyat növündən yararlanır.
Sözsüz ki, heç bir sərnişin belə natəmziliklə üzləşmək istəməz. Ümumiyyətlə, təbiəti çirkləndirmək bizim cəmiyyətin canındadır. Binaların qarşısından keçərkən başına bir sellofan zibil atılması hansı ölkədə var. Və yaxud zibil qutusu olan yerdə zibili qutunun ətrafına atıb getmək hansı ölkədə rast gəlinib. Təəssüflər olsun ki, bütün bunların hamısı bizim ölkədə baş verir. Hər gün küçələrin təmizliyinə fikir verilsə də, vətəndaşların əksəriyyəti öz yediyindən artıq qalanını mütləq küçəyə atmalıdır. Hətta bir neçə dəfə sürücülərin suyu içib butulkanı pəncərədən yola atdığının şahidi olmuşuq. Bundan başqa dönəri yeyib sellofanı pəncərədən çölə tullayırlar. Məgər bu insanlar təmizliyin və sağlamlığın düşmənidirlər. Fikirləşmirlər ki, zibillədiyimiz ətrafın havasını özümüz uduruq və bu şəraitdə özümüz yaşayırıq. Sözsüz ki, bütün bunların səbəbi hər kəsin öz qanacağından və aldığı tərbiyədən asılıdır. Ekspertlər hesab edir ki, bu sahədə cəmiyyətdə maarifləndirmə həddən artıq zəifdir. Bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Əsasən bu sahədə maaarifləndirici layihələr hazırlanıb ictimaiyyətə təqdim olunmalıdır. Bəzən olur ki, ailələr evlərində yığılan zibili zibilxanaya atmaq əvəzinə, balkondan birbaşa həyət atırlar. Təbii ki, bu mədəniyyəti müşahidə edən övlad mütləqdir ki, bu cür istiqamətdə tərbiyə olunacaq. Qayıdaq metrodakı zibil qutularının yanına. Həqiqətən də üfunətli iyin əlindən "Xalqlar dostluğu" metrosunun yanından keçmək olmur. Hətta vətəndaşların bəziləri oradan keçərkən deyinə-deyinir. Və yaxud da burunlarını tutaraq keçirlər. Hətta bir neçə adama yaxınlaşıb "zibil qutularının burada olmasından narazılığınızı harasa bildirmisinizmi” sualı verdikdə orta yaşlı bir xanım qeyd etdi ki, ay qızım metro ictimai yerdir. Əlbəttə ki, bu zibil qutularının bura qoyulmasından narahatlıq keçiririk. Hər gün metrodan istifadə edən adamam. Amma kimə şikayət edəsən. Məgər şikayətimizə baxan var? Necə dəfə burada dayanan polislərə demişəm ki, belə şey olar. Zibil qutularını metronun ətrafından götürsünlər. O da dedi ki, ay xanım bu mənlik deyil. Kimə desən bir-birinin üstünə atacaqlar. Ona görə də hər kəs narazıdır amma şikayətə baxan olmadığına görə də şikayət edən yoxdur. Təmizlik gərək insan qanında olsun ay bala. Sağ olun sizlər yenə bu problemləri işıqlandırırsınız".
Apardığımız araşdırmadan belə nəticəyə gəldik. Bu sahədə çox geniş maarifləndirmə işləri görülməlidir. Bundan əlavə bələdiyyələr öz icra işlərini vaxtlı-vaxtında yerinə yetirməlidir. Sakinlərin əksəriyyəti ya bələdiyyələrdən, ya da məhəllə sakinlərindən şikayət etdilər.
Bundan başqa "Xalqlar dostluğu" metrostansiyasının ətrafının zibillənməsində küçə alverçilərinin də rolu var. Mallarını satan, alverlə məşğul olan alverçilər lazımsız kağız-kuğuz parçalarını,qutu və yeşikləri uzağa aparıb özünü yormaq istəmir, elə "obyektinin" ətrafındaca öz "şəxsi zibilxanasını" yaradır.
Ölkəmizin paytaxtının ən böyük problemlərindən biri də məişət tullantılarının, başqa sözlə, zibillərin vaxtında daşınmamasıdır. Xüsusən yay fəslində sakinlər üçün böyük təhlükə yaradan ekoloji problemlər, bəzi yerlərdəki antisanitariya görüləsi işlərin hələ çox olduğunu göstərir.
Hələ 2008-ci ildə dövlət səviyyəsində paytaxtımızda məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin müasir standartlara uyğun qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması barədə verilən qərar Bakının küçələrinin tullantılardan azad ediləcəyinə inamı daha da artırdı. Həmin vaxt bu sərəncamdan sonra çoxları, o cümlədən paytaxt sakinləri paytaxtın bir sıra küçələrində günlərlə qalaqlanan zibil tullantılarının vaxtında daşınacağını düşünürdülər. Əfsuslar olsun ki, bu sahədəki bəzi problemlər hələ də qalmaqdadır.
Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlararası məsafə 100 metrdən çox olmamalıdır.Məişət tullantılarının urnalardan kənar yerlərə atılmasına, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxsləri 20 manat, vəzifəli şəxsləri 100 manat, hüquqi şəxsləri isə 500 manat məbləğində cərimə gözləyir. Amma qanuna edilən dəyişikliyə baxmayaraq, bu işlərin heç biri yerinə yetirilmir.
gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər